Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

MEBEL SALONU VƏ ÇAYXANAYA ÇEVRİLƏN KİNOTEATR – REPORTAJ – FOTOSESSİYA

Bir vaxtlar inkişaf etmiş kinoteatr indi çayxanaya gələn qonaqları, mebel salonuna gələn müştəriləri qarşılayır 

Hazırda bir çoxları kinoteatrlara gedənlərin az olmasından şikayətlənsə də kinoteatrlar hələ də fəaliyyətini davam etdirir. Elə ”Dostluq” kinoteatrı kimi...
Bu kinoteatr 1960-cı ildən fəaliyyət göstərir. “Dostluq”un direktoru Akif Babayev deyir ki, bura vaxtilə Azərbaycanda ən yaxşı işləyən, ən çox inkişaf etmiş kinoteatrlardan olub: “O vaxt belə bir qanun var idi ki, hansı kinoteatr yaxşı işləsə, onları xarici ölkələrə film-festivallara göndərirdilər ki, gedib baxıb öyrənsinlər. Bir dəfə də bizim kinoteatr Kann festivalına getmişdi”.
Kinoteatrın bir hissəsi mebel salonu, qarşısı isə çayxanaya çevrilsə də, orada hələ də filmlərin nümayişi davam etdirilir. Lakin, əvvəlki illərlə müqayisədə indi burada göstərilən filmlərin arasında yeni filmlər daha azdır, demək olar ki, yoxdur. Bunu direktor da təsdiqlədi: “İndi yeni filmlər ala bilmirik, çətindir. Amma köhnə filmlərlə fəaliyyətimizi davam etdiririk”.
Direktorla söhbətimizdə öyrəndik ki, teatr məktəblərlə də əlaqələr qurur, şagirdləri kinoteatra cəlb edir. Hazırda isə yay fəsli olduğundan, bu iş payızda davam edəcək. Bir azdan isə kinoteatr da təmir başalayacaq. Çünki, binasının bir hissəsi çöküb.
Əvvəllər kinoteatr həvəskarlarının sayı üstünlük təşkil etsə də, zaman keçdikcə texnikanın inkişafı, videomaqnitafon, daha sonra da DVD-nin gəlişi kinoteatrı arxa planda qoydu. Akif Babayev düşünür ki, indi kanalların sayının artması və televizorun insanların həyatının böyük hissəsini tutması kinoteatrları da tamaşaçısız qoyub: “Gənclər kinoya yox, diskotekaya, Faiq Ağayevin konsertinə gedirlər, “Toy olsun”a və başqa lazım olmayan verilişlərə baxırlar”.
Söhbətimiz zamanı onu da öyrəndik ki, kinoteatrda həm Azərbaycan dilində, həm də rus dilində filmlər göstərilir. Qiymətlər isə kifayət qədər ucuzdur. Biletlərin minimum qiyməti 1 manatdır, uşaqlar üçün olan bəzi filmlərə isə hətta 40 qəpiyə də baxmaq olar.
Kinoteatrın salonunda olmaq, bir neçə şəkil çəkmək istəsək də Akif Babayev min bir bəhanə ilə bu fikrimizi həyata keçirməyin qarşısını aldı. Buna icazə verilmədiyini söylədi. Ancaq...
Söhbətimizin bu yerində orta yaşlı bir xanım da söhbətə qoşuldu. Ağdam rayonu, 2 saylı bağçada müdir işləyən Şəfiqə Rüstəmova deyir ki, bu teatr onun üçün çox əzizdir. Hələ uşaq vaxtından bura filmlərə baxmağa gəlib: “Bu kinoteatr bizə uşaqlıqdan əzizdir. Hər yay tətilində Bakıya gələndə bura gəlib, kinoya baxırdıq. Düzünü demək lazımdır ki, indi əvvəlki qədər kinoya gələn yoxdur. Halbuki, başqa ölkələrdə demək olar ki, hamı kinoya, teatra getməyə vaxt ayırır, bizdə isə belə şey yoxdur. Bu, hamımızın günahıdır və bunu düzəltmək bir nəfərin işi deyil. Çıxış yolu kinoya münasibəti dəyişməkdədir”.
Əli Əhədov da gənclik illərində kinoteatra böyük marağı olduğunu deyir: “Biz məktəb vaxtı kinoteatra getmək üçün dərsdən qaçırdıq. Çünki bizim istədiyimiz filmlər dərs vaxtına təsadüf edirdi. İndi isə demək olar ki, heç kim kinoteatrın yolunu tanımır, nəinki dərsdən qaçsınlar. Heç kinoteatrlar da yaxşı işləmir”.
Hazırda üçüncü kursda təhsil alan Ülkər Əsgərova isə kinonu çox sevsə də, deyir ki, kinoteatra çox az gedir: “Mən kinonu çox sevirəm, ona görə də çalışıram ki, kinoteatra gedim. Amma etiraf edim ki, bir o qədər də tez-tez getmirəm”.
Kənardan baxanda kinoteatr ab-havasını itirən “Dostluq” deyəsən elə tamaşaçı üzünə həsrət qalmaqdan, çayxanaya gələn qonaqları, mebel salonuna gələn müştəriləri qarşılamaqdan bezib, axırda da çöküb.

Fatimə Kərimli






20 İyul, 2012  15:36 Baxılıb: 2871 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner