Şairə xanım Türkiyənin məşhur söz yazarı ilə işbirliyi qurub
Bir çox hit mahnıların söz müəllifi Leyli İsrafilova Türkiyə ilə işbirliyinə başlayıb. Şairə xanımdan aldığımız məlumata görə, bu günə kimi yazdığı bir çox mahnı sözlərini və hələ üzə çıxarmadığı şeirlərini qardaş ölkədə yaşayan tanınmış söz yazarlarından birinə göndərib. “Şeirlərim həmin şairin çox xoşuna gəlib. Hətta bir neçə müğənniyə sözlərimi göstərib. Dediyinə görə çox bəyəniblər”-deyən Leyli xanım Simsar.az saytına onu da əlavə edib ki, müəllif hüquqları qorunmaqla, işbirliyində olduğu Türkiyənin məşhur söz yazarı onun sözlərini türkcəyə çevirəcək və müğənnilərin ifasında səslənəcək.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR