Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK-dan magistr olmaq istəyən bakalavrlara xəbərdarlıq

İkinci mərhələyə buraxılanalar "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər

Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimi sabah saat 24:00-da başa çatacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bazar ertəsi Simsar.az-a verilən məlumata görə, martın 4-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri əsasında müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlar iyunun 4-dən proqram seçiminə başlayıblar.

Bakalavrlar qeyd olunan müddətə qədər elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Proqram seçib təsdiq etmiş bakalavrlar iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi iyunun 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablan­dırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.






11 İyun, 2012  17:23 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23









sagbanner