Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Ağdamdan reportaj - “The Wall Street Journal”

“Torpaqlarımızı azad etməyin zamanının getdikcə yaxınlaşdığını bilirik”

“The Wall Street Journal”-ın əməkdaşı Joe Parkinson Ağdam rayonunun Çıraxlı kəndindən reportaj hazırlayıb. İyunun 6-da çap olunan həmin reportajı qısa ixtisarla təqdim edirik.


ÇIRAXLI ÇARPAZ ATƏŞ ALTINDA

Ağdamın Çıraxlı kəndində hərbi hissə yerləşir. Cəmi 1 kilometr kənarda erməni mövqeləridir. Bəzən kənd sakinləri hər iki tərəfdən çarpaz atəş altında qalırlar. Səbinə Şükürova kimi bəzi sakinlər Səbinənin atası 70 yaşlı Xosrov Şükürovun qızı Səbinə bu yaxınlarda erməni tərəfdən açılan snayper atəşi ilə yaralanıb.

Xosrov kişi deyir ki, onlar hər gün müharibənin başa çatmadığını xatırlayırlar: “Amma dünya getdikcə güclənən Azərbaycanı görəcək, Biz bilirik ki, torpaqlarımızı azad etməyin zamanının getdikcə yaxınlaşdığını bilirik.”

DİPLOMATİYAYA QƏZƏB ARTIR

Azərbaycanda diplomatiyanın Qarabağ münaqişəsinin həllində bir nəticə verməməsindən getdikcə daha çox adam qəzəblidir. Hökumətin bu münaqişənin hərbi yolla həllinə dair çıxışları insanlar arasında diplomatiyaya qəzəbi daha da körükləyir.

İyunun 5-də Azərbaycan Ermənistanı ittiham edib ki, sərhədi pozub 5 əsgərini qətlə yetirib. Bundan bir gün əvvəl isə Ermənistan Azərbaycanı ittiham edirdi ki, sərhədi pozub və onun üç əsgərini öldürüb.

Vəziyyətin gərginləşməsi dünyanın enerji dəhlizlərindən biri olan bu regionda geniş miqyaslı münaqişəyə, regional güclər – Rusiya, Türkiyə və İran arasında proqnozlaşdırıla bilməyən hadisələrə gətirib çıxara bilər.

İyunun 4-də regionda səfərdə olan ABŞ Dövlət Katibi Hillary Clinton da Azərbaycan, Ermənistan və Gürcüstanda 20 il əvvəl SSRİ-nin dağılması ilə etnik millətçilik əsasında alovlanmış ərazi mübahisələrinin həlli yollarını müzakirə edib. Dövlət katibi Azərbaycanla Ermənistan arasında yenidən atəşkəsin pozulması və gənc əsgərlərin, dinc sakinlərin ölümü barədə xəbərlərdən ciddi narahatlıq keçirdiyini bildirib: “Gücdən istifadə olunması Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz” – deyə xanım Clinton bildirib.

Azərbaycanın daxilində olan erməni anklavı üstündə altı illik müharibə zamanı erməni tərəfi əraziyə nəzarəti ələ keçirib. 1994-cü ildə tərəflər arasında atəşkəs əldə edilib. Etnik ermənilərin yaşadığı bu anklavı hazırda Ermənistan ordusu qoruyur.

Azərbaycan vətəndaşları bu münaqişənin həll olunmamağını ölkənin “qanayan yarası” adlandırırlar. Azərbaycan Dağlıq Qarabağı geri qaytarmağa və münaqişə nəticəsində qovulan vətəndaşlarını öz evlərinə yerləşdirməyə çalışır.

BMT-nin məlumatına görə Qarabağ və ətraf rayonlardan 600 000 nəfərə yaxın adam – ölkə əhalisinin təxminən 7 faizi evlərindən qovulub.

Ermənistan isə Dağlıq Qarabağda yaşayan əhalinin öz müqəddəratını təyinetmə hüquqlarının olmasını tələb edir.

Bu münaqişənin həllinə dair diplomatik danışıqlar dalana dirənib.

YENİ MÜHARİBƏ REGİONU QAYNAR QAZANA DÖNDƏRƏR

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə direktoru Lawrence Scott Sheets də bildirir ki, diplomatik cəhdlər nəticə verməsə bu iki ölkə arasında münaqişə bütün regionu təhlükədə qoya bilər: “Diplomatik cəhdlər səmərə verməsə, daha ciddi münaqişə təhlükəsi getdikcə artır. Əgər bu baş versə, strateji qonşu region çox təhlükəli qaynar məkana çevrilə bilər.”

İki qonşu ölkə formal olaraq danışıqlar prosesində qalırlar. Enerji zəngini Azərbaycan isə güc balansını getdikcə dəyişir və Ermənistanı heç vaxt qalib gələ bilməyəcəyi bir silahlanma yarışına çəkir.

Stokholmda yerləşən araşdırma institutunun məlumatına görə Azərbaycan son 5 ildə ordusuna 11 milyard dollar, Ermənistan isə 2 milyon dollar xərcləyib. Hər iki ölkə müasir hücum silahları alır. Bunların arasında Rusiya istehsalı olan 70 kilometrdən uzaqdakı hədəfləri vura bilən raketlər də var.

DİPLOMATİYA HƏLƏ ACİZ DEYİL

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirir ki, hələlik diplomatiya bu münaqişənin həlli üçün ən yaxşı vasitə olaraq qalır:

- Münaqişənin diplomatik yollarla həlli imkanlarının tükəndiyini deyə bilmərəm. Amma adamlar artıq nəsə nəticə tələb etməyə başlayırlar. Bu, donmuş münaqişə deyil. Biz heç kimə bu münaqişəni unutmağa imkan verməyəcəyik.

Ağdamda bir köhnə beşmərtəbəli yataqxanada yüzlərlə ailə məskunlaşıb. Onların hamısının 5 ümumi tualetləri var. Burada balaca uşaqlar zir-zibil içində, kanalizasiya sularının gölməçələrində oynayırlar.

Onun yaxınlığında adamlar hələ də çadırlarda, bir başqaları isə köhnə vaqonlarda yaşayırlar.

GECƏ VAQON OTAĞI ADYALLA İKİYƏ BÖÜRLƏR...

1993-ci ildə Ağdam rayonu işğal olunandan bəri Zöhrab Balakişiyev arvadı Zəminə getdikcə çoxalan ailə üzvləri ilə birlikdə bir çadırda yaşayırlar. Ailə üzvləri axşamlar çadırı içəridən adyalla iki yerə bölürlər ki, heç olmasa məhrəmliyi qorusunlar: “Bu, çox çəkdi, daha bu zülmə dözə bilmirik. Müharibə olsun, ya nə fərqi yoxdur, biz evimizə getmək istəyirik” – deyə Zöhrab kişi bildirir.

Yerli rəsmilər bildirir ki, əhali getdikcə müharibəyə meyllənir. Ağdamın 62 yaşlı icra hakimiyyəti başçısı Nizami Sadıqov bildirir ki, artıq problemin hərbi yolla həlli daha real görünür. Millətin təhqir olunmasının da bir həddi var.






8 İyun, 2012  15:18 Baxılıb: 1698 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner