Tufan nəticəsində 1 nəfərin öldüyü bildirilir
Rusiyanın Ural bölgəsinin Yekaterinburq şəhərində tozlu tufan olub. Tufan nəticəsində tikintidə işləyən bir fəhlə ölüb. Şəhərdə əsən güclü külək qum və tullantıları havaya qaldırıb, binaların dam örtüklərini qoparıb, reklam lövhələrini uçurub, ağacları qırıb. Yekaterinburq sakinləri küçədə uzaqdan görünmə dərəcəsinin sıfıra endiyini bildiriblər. Bəzi rayonlarda külək elektrik naqillərini qırdığından, trolleybuslar yollarda qalıb. Hazırda tufanın fəsadları aradan qaldırılır.