Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Tərtərdə ağır qəza: 2 hərbçi ölüb

Zabitin idarə etdiyi "VAZ 2107" ilə "VAZ 21015"in toqquşması 3 nəfərin həyatına son qoyub

Hadisə Tərtər Goranboy yolunun 6-cı kilometrliyində, yolun Tərtərin Cəmilli kəndi ərazisindən keçən hissəsində baş verib. Tərtər rayonu ərazisindəki “N” saylı hərbi hissənin zabiti Balabəy Mürsəlovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Tərtər rayon Seyidimli kənd sakini Fazil Şahbazovun idarə etdiyi “VAZ 21015” markalı avtomibil qarşı qarşıya toqquşub. Hadisə nəticəsində sürücülər və “VAZ 2107”də olan sərnişin Azərbaycan Ordusunun zabiti Sabir Hüseynov hadisə yerində dünyasını dəyişib.

Tərtər rayon Polis Şöbəsinin müstəntiqi Vəli Zeynalovun verdiyi məlumata görə, hadisə yerinə baxış zamanı qəzanın “VAZ 2107”nin hərəkət zolağında baş verdiyi müəyyən edilib.

Qəza nəticəsində “Jiquli”də olan olan zabit Vahid Məlikov müxtəlif bədən xəsarətləri alıb və o ərazidəki hərbi hospitala yerləşdirilib.

Faktla bağlı Tərtər rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb.






20 May, 2012  18:28 Baxılıb: 1091 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner