Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Kəmaləddin Heydərov dünən baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya gedib

Nazir Zaqatalanın bir neçə kəndində yeri sakinlərlə görüşüb, yaranmış problemlərlə tanış olub

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya səfər edib. Simsar.az-ın məlumatına görə, K. Heydərov ötən gün baş verən növbəti zəlzələdən zərər çəkmiş bir neçə kənddə olub, yerli sakinlərlə görüşüb, onların problemləri ilə birbaşa yerində tanış olub. 

Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.

Ötən gün axşam saatlarında yenidən Zaqatalada güclü zəlzələ baş verib. Yeraltı təkanların episentrdə (12 ballıq cədvəl üzrə) 6 bal, Zaqatalada və ocağa yaxın məntəqələrdə 5 və 4 bal gücündə hiss olunub. Əvvəlki təkanlarda qəzalı vəziyyətə düşən tikililərin əksəriyyəti uçub. Zaqatala rayon mərkəzi xəstəxanası qəzalı vəziyyətə düşüb.






19 May, 2012  21:09 Baxılıb: 1004 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner