İstifadəçilərin təxminən 70 faizi mobil rabitə vasitəsilə internetə daxil olur
Çində 3G istifadəçilərinin sayı 152 milyona çatıb. Çinin Sənaye və Telekommunikasiyalar Nazirliyindən verilən açıqlamaya görə, ölkədə 3G istifadəçilərinin sayı sürətlə artır.
Nazir müavini Çjan Bin bildirib ki, ölkədə 370 milyon nəfər mobil rabitə vasitəsilə internetə daxil olur.
Bu isə ölkədəki internet istifadəçilərinin təqribən 70 faizi deməkdir.
“İnternetdə alış-veriş, mobil ödəniş və sosial şəbəkələrin istifadəçilərinin sayı artır. Telekommunikasiya və rabitə texnologiyaları isə iqtisadi-sosial inkişafın əsas ünsürüdür”, – Bin bildirib.
Rəsmi statistikaya görə, Çində 1,01 milyard nəfər mobil rabitə istifadəçisi var.
DİGƏR XƏBƏRLƏR