Mağazada dünya brendləri adı altında saxta malların satışda olduği müəyyənləşib
Bakı şəhəri, Nərimanov rayonu, A.Bakıxanov küçəsi, ev 62, 758-759-cu məhəllə ünvanında Vüqar İsmayılova məxsus mağazada aparılan yoxlama zamanı mağazada “Marka dünyası Outlet, 70% ilboyu endirim, kişi, qadın, uşaq geyimləri” qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkarlanıb. Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı, habelə mağazada tanınmış dünya brendləri adı altında satışda olan müxtəlif geyim əşyalarının saxta olduğu müəyyənləşdirilib. Aşkar edilmiş saxta malların satışı dayandırılıb. Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz yerləşdirilmiş qeyri-dəqiq reklamın yayımı dayandırılıb. Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görüləcək.
DİGƏR XƏBƏRLƏR