Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Eurovision" paytaxtda bəzi məktəbləri bağlayır

Dərslərin dayandırılması məktəblilərin tədrisi üçün problem yaratmayacaq

"Eurovision-2012" Mahnı Müsabiqəsi ilə əlaqədar paytaxtın mərkəzində yerləşən 30-a yaxın məktəbdə 1 həftə müddətində dərslər dayandırılacaq. Bunu cümə günü Simsar.az-a Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı verib.

Onun sözlərinə görə, bununla bağlı Təhsil Nazirliyi məktəblərə şifahi tapşırıq verib.

Məktəblərdə dərslərin dayandırılmasının məqsədi mərkəzdə yarana biləcək tıxacların qarşısını almaq və məktəblilərin təhlükəsizliyini təmin etməkdir.

Əliqızı deyib ki, mayın 28-i Respublika Günü olduğundan və həmin gün qeyri-rəsmi iş günü hesab edildiyindən şagirdlər məktəbə mayın 29-da gələcəklər. "Son zəng" isə ötən illərdə olduğu kimi, bu il də mayın 31-də keçiriləcək.

Əliqızı bildirib ki, dərslərin dayandırılması məktəblilərin tədrisi üçün problem yaratmayacaq.

"Çünki artıq tədris ili sona çatır. Son bir həftədə demək olar ki, biliklər təkrarlanır. Buna görə də şagirdlər dərslərin dayandırılması səbəbindən proqamdan geri qala bilməzlər", - idarə rəsmisi əlavə edib.






18 May, 2012  19:39 Baxılıb: 913 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner