O, keçmiş ərinin əşyalarını pulsuz paylayıb
Əri tərəfindən aldadılan qadın ondan fərqli şəkildə intiqam alıb. Simsar.az-ın xarici mətbuata istinadən məlumatına görə, ərinin xəyanətinə görə boşanan qadın intiqam üçün keçmiş ərinin əşyalarından istifadə edib. Belə ki, o, keçmiş ərinin əşyalarını evin qarşısına qoyaraq üzərinə “pulsuz” sözünü yazıb. Onun maşınının üstünə isə boya ilə “sədaqətsiz” sözünü həkk edib.
Yoldan keçənlərin marağına səbəb olan bu hal qısa müddət tıxac yaradıb. Hadisə yerinə polis gəlməli olub, onlar qanunazidd halın olmadığını bildiriblər.
Fatimə Kərimli
DİGƏR XƏBƏRLƏR