Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“JEK”- lərdən özbaşına qərar

Zibillərin yığılmasına görə qiymətlər artırılıb 

“JEK”lər qanunsuz fəaliyyət göstərməsi azmış kimi onlara verilmiş səlahiyyətlərdən sui-istifadə edirlər. Bu qurumlar bələdiyyələrin səlahiyyətlərinə müdaxilə etdikdən sonra bir qədər irəli gedərək hökumətin müəyyən etdiyi tarifləri də istədiyi kimi dəyişirlər. Simsar.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Samir Əliyev mətbuata açıqlama bildirib.

Ekspertin sözlərinə görə, “JEK”lər özbaşına zibil məişət tullantılarının yığılmasına görə qiyməti artırıblar. “Xırdalan şəhərində fəaliyyət göstərən “JEK”lər Tarif Şurasının qərarını pozaraq “zibil pulu”nu artırıblar. Belə ki, məişət tullantılarının daşınmasına görə, əhalidən adambaşına hər ay 50 qəpik xidmət haqqı alırlar. Halbuki Tarif Şurasının “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 24 noyabr 2011-ci il tarixli 5 saylı Qərarına görə, dekabr ayının 1-dən etibarən adambaşına “zibil pulu” 30 qəpik müəyyənləşdirilib. “JEK”lər bu Qərara məhəl qoymadan əhalidən adambaşına 20 qəpik artıq pul alır. Bu artımdan əvvəl adambaşına “zibil pulu” 14 qəpik idi. Həmin dövrdə də “JEK”lər səlahiyyətlərini aşaraq adamabaşına 25 qəpik təyin etmişdilər”

Ekspertə görə, Xırdalan “JEK” bir qədər irəli gedərək həyət evlərindən də mənzil haqqı alırlar. “Bu qurumlar xidmət göstərmədikləri həyət evlərindən də mənzil haqqı alırlar. Halbuki bu haqlar ancaq çoxmənzilli binalardan tutulmalıdır. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarına görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik müəyyənləşdirilib.

“JEK”lərin yüksək planı bəhanə gətirməsini qanunsuz sayan ekspertin fikrincə, Tarif Şurası bu məsələyə təcili müdaxilə etməlidir: “Bu yanaşma kökündən səhvdir. Çünki əvvala, belə planın olmasının əhaliyə heç bir dəxli yoxdur. Zibil tarifi dövlət tərəfindən tənzimlənir. Digər tərəfdən isə dövlət büdcəsində hər il bu qurumlara milyonlarla manat həcmində vəsait ayrılır. Məsələn, təkcə 2012-ci ildə büdcədən yerli icra hakimiyyəti orqanlarına mənzillə bağlı tədbirlər üçün 17,8 milyon manat, abadlaşdırma, tullantıların yığılması və təmizlənməsi məqsədilə isə 153,6 milyon manat ayrılıb. Bu qədər pulun qarşısında İcra hakimiyyəti orqanlarının “JEK”lərə yüksək plan qoyması ”

S.Əliyev hesab edir ki, hökumət nə qədər ki, “JEK”lərin statusuna aydınlıq gətirməyib belə problemlər davam edəcək

RAMİL






18 May, 2012  18:39 Baxılıb: 1228 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner