Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«AFRİKALI FUTBOLÇULAR MƏNƏ HƏR AY «FRANKLİN» VERİRLƏR»

Kloun Faiq Şadlı: «Bizimkilər ayda 20-25 min manat alırlar, 1 qəpik də vermirlər»

Həmsözbətimiz Bakının sayılıb-seçilən klounu Faiq Şadlıdır. Deyir, nəinki paytaxtda, eləcə də respublikada onunla rəqabət aparmaq istəyən klonlar kifayət qədərdi. Amma hamısının arzusu gözündə qalıb. Söhbətin davamına keçməzdən öncə bildirim ki, F.Şadlı ilə dünən Dalğa Arenada keçirilən “Neftçi”-“Bakı” qarşılaşmasında təsadüfən rastlaşdıq.
«Bakı» futbol klubunun ən böyük fanatı olan Faiq xüsusi geyimlə meydançada var-gəl edir, zurnası və əl-qol hərəkətlərilə tamaşaçıları komandasına dəstək olmağa səsləyirdi. Bürkülü havada günəş altında ora-bura qaçan fanat arabir nəfəsini dərmək üçün baş geyimini çıxarıb çəmənlikdə əyləşirdi. Klounun Faiq oluduğunu da elə bu zaman bildik. Yaxınlaşıb müsahibə almaq istədiyimizi bildirdik, məmnuniyyətlə, «hə» cavabını verdi.

Qısa tanıtım:
Faiq Şadlı 1978-ci il avqust ayının 31-də Sumqayıt şəhərində anadan olub. Hazırda "Şad oğlanlar" adlı teatrın rəhbəri olmaqla bərabər "Futbol şou" adlı yumor verilişinin layihə rəhbəri və aparıcısıdır.
AzTV-də və bir sıra digər TV-lərin verilişlərində qonaq kimi dəfələrlə iştirak edib, bir neçə bədii filmdə, o cümlədən rejissor Məhərrəm Bədirzadənin bir çox filmlərində rol alıb.
"BakıFilm" tərəfindən lentə alınan televiziya filmlərində, o cümlədən "Seçilən" filmində oynayıb.
2001-2006-cı illərdə ANS-in "Qayğanaq" adlı yumoristik proqramının küçə aparıcısı və 2008-ci ildən ATV-nin "Çəkirəm haaa" verlişinin aktyorlarından biridir.
Ailəlidir. Ümid və Uğur adlı iki övladı var.

Sənətilə bağlı kompleksi olmasa da, nə Ümidi, nə də Uğuru kloun olmağa qoymayacaq. «İstəmirəm, onlar kloun olsun. Bütün var gücümlə çalışarım ki, oğlanlarım futbolçu kimi yetişsinlər. Küçədə dilənəcəm, amma oğlanları futboldan ayırmayacam. Hər ikisi məşqlərə gedir. Onlara ümidim böyükdür» deyə, F.Şadlı deyir.
Həmsöhbətimiz sənətinin ailəsi tərəfindən normal qarşılandığını bildirir: «Mən klounluqla fəxr edirəm. Bu, aktyorluq sənətidir. Mənim çox tərbiyəli, mədəni ailəm var. Səhər bir-birimizə «sabahın xeyir», yatanda isə «gecən xeyirə qalsın» deyirik. Ailəmlə qürur duyuram».

F.Şadlı əlavə edir ki, heç bir ali təhsili olmasa da, Azərbaycanda onunla rəqabət apara biləcək kloun yox dərəcəsindədir: «Mən Sumqayıtda məhəllə yumorları ilə aktyorluğa başlamışam. Zuzu, Mimi adıyla klounluq etmişəm. Dünyada 246 növ heyvan var ki, onun 75 növünün səsini çıxara bilirəm. Ali təhsilli aktyorların əksəriyyəti bunu bacarmır. Orta məktəbi 7-ci sinifə qədər oxusam da, ali mütaliəliyəm. Yüksək mütaliəli şəxs 4 il universitetə gedib-gəlmiş avara, savadsız tələbədən qat-qat istedadlı və savadlıdır. Adicə bir misal çəkim. Kiçik toy məclislərində klounluq edən İncəsənət Universitetinin tələbələri həm qiymətləri öldürür, həm də səviyyəsiz, istedadsız klounluq edirlər. Mən, toylara iki nəfərlə 150 manata gedirəm, onlar isə 20-30 manata. Qiymət keyfiyyətlə bağlıdır».

F.Şadlı səhnəyə gəlməsini AXC-Musavat cütlüyünün hakimiyyətə, Taysonun isə peşəkar boksa gəlməsilə müqayisə edir: «Onlar kimi mən də səhnəyə küçədən gəlmişəm. Uşaq vaxtı Sumqayıtda küçəmizdə klounluq edirdim. Yavaş-yavaş inkişaf etdim. Telekanallarla əməkdaşlıq etdim. Hazırda futbol fanatı olmaq mənə daha sərfəlidir, nəinki telekanallarda verilişə çəkilmək. Telekanallar məni axtarırlar. Bir dəfə «Soy» prodakşnın rəhbəri Oqtay Əliyev məni axtarıb. Vaxt tapıb onunla görüşəcəm. Yəqin ki, hansısa seriala çəkmək istəyir məni».

Kloun Faiq «Bakı»nın oyunçularının ona hörmətindən də danışdı: «Futbolçular maaş alanda mənə «Franklin» verirlər. Amma hər futbolçu yox. Argentina, Avropanın bəzi ölkələrindən gələnləri öldürsən bir qəpik də verməzlər. Afrikalı futbolçular sağ olsunlar, necə lazımdı hörmətimi eləyirlər. Kasıb ölkədən olduqları üçün kasıblığın nə olduğunu yaxşı bilirlər. Ona görə də əlaçıqdılar. İnsanın gəliri artıqca, simicliyi də çoxalır. Bizim futbolçular 500-600 manat maaş alanda hörmət eləyirdilər. İndi ayda 20-25 min alırlar, 1 qəpik də vermirlər».

Əvvəllər «Karvar»nın fan-klubunun rəhbəri olmuş Faiq daha sonra «Qarabağ»a fanatlıq edib. Bir müddət əvvəl «Bakı» futbol klubuna gələn kloun burada ona göstərilən münasibətdən razı qalsa da, paxıllığını çəkənlərin də oldunu dedi: «Yazırlar ki, Faiq kimlərinsə torbasını tikib, «Bakı» futbol klubuna gəlib. Yalan sözdür. Əksinə, mənə badalaq quranlar, ayağımı çəkənlər daha çoxdur. Bizdə belədi də…».

RAMİL






18 May, 2012  18:22 Baxılıb: 1756 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner