Qəzet satmaqla pul qazanan milyarder bu işin gələcəyinin olduğuna inanır
Amerikalı sərmayəçi 142 milyon dollar ödəyərək 63 qəzeti satın alıb. Simsar.az-ın xarici mətbuata istinadən məlumatına görə, dünyanən ən varlıları sırasında yer alan 81 yaşlı Varren Baffet açıqlamasında pulunu çölə atmadığını, çap mətbuatının gələcəyinin olduğuna inandığını deyib. Qəzet satın almağın “ölü sərmayə” hesab olunmağına baxmayaraq Baffet bildirib ki, kiçik şəhər və qəsəbələrdə qəzetlər hələ də önəmli yer tutur: “İnsanların bir-birinə sıx bağlı olduğu kiçik şəhər və qəsəbələrdə qəzetlər hələ də vacib funksiya daşıyır. Əgər başqa yerdə tapa bilmədikləri xəbərləri onlara çatdırmağa davam etsək, çap mətbuatının gələcəyinin olacağına inanıram”.
Qeyd edək ki, milyarder özü uşaq ikən küçədə qəzet sataraq pul qazanıb. Hazırda 44 milyard dollar sərvəti olan Varren dünyanın ən varlı adamlarının siyahısında 3-cü yerdədir. Təkcə bu iulin ilk rübündə onun 3.2 milyard dollar qazandığı bildirilir.
Fatimə Kərimli
DİGƏR XƏBƏRLƏR