İmamların çoxarvadlılığı təbliğ etməsi gizli kameralar vasitəsi ilə çəkilib
İsveçdəki bəzi məscidlərdə imamların oxuduqları moizələr ciddi narazılığa səbəb olub. Simsar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin moizələr məscidlərə qoyulmuş gizli kameralar vasitəsilə lentə alınıb və İsveç Dövlət Televiziyası SVT1-də yayımlanıb. Həmin görüntülərdə imamlar çoxarvadlılığı təbliğ edir, zorakılıqla üzləşdikləri halda qadınların polisə şikayət etməsi qəbuledilməz hal kimi dəyərləndirilir.
Bu görüntülər üzə çıxdıqdan sonra imamların ərəb ölkələrindən gətirilməsindənsə, bu vəzifənin İsveç universitetlərini bitirmiş şəzxslərə həvalə edilməsi ilə bağlı müzakirələr aparılır. Həmçinin imamların İsveç universitetlərində təhsil alması məsələsi də gündəmə gəlib.
Dövlət məmurları da məsələ ilə bağlı münasibətlərini bildiriblər. Onlar çoxarvadlılığın, eləcə də qadına xor baxılmasının İsveç qanunlarına zidd olduğunu bildiriblər,
Xatirə
DİGƏR XƏBƏRLƏR