Zəlzələ yerli vaxtla saat 08:58-də baş verib
İranın Fars əyalətinin Əhl şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,2 bal gücündə iki zəlzələ baş verib. Simsar.az-ın MEHR agentliyinə istinadən məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 08:58-də baş verdiyini bildirib.
Zəlzələlər nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
DİGƏR XƏBƏRLƏR