“Bu gün Azərbaycan parlamentinin razılıq məktubu qurumun baş katibinə göndəriləcək. Məktub artıq hazırdır”
“ATƏT Parlament Assambleyasının 2014-cü ildə illik yay sessiyası Bakıda keçiriləcək”, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Simsar.az-ın məlumat verir ki, vitse-spikerin sözlərində görə qurum Azərbaycanın bununla bağlı müraciətinə diqqətlə yanaşıb, sessiya ilə bağlı Azərbaycan nümayəndə heyəti ilə söhbət aparıb: “Bu gün Azərbaycan parlamentinin razılıq məktubu qurumun baş katibinə göndəriləcək. Məktub artıq hazırdır”.
B. Muradova illik sessiyanın Bakıda keçirilməsinin Azərbaycan-ATƏT münasibətləri baxımından mühüm nəticəsi olacağını vurğulayıb.
Fatimə
DİGƏR XƏBƏRLƏR