Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müdafiə Sənayesi Nazirliyi 75 adda müdafiə təyinatlı məmulat istehsal edib

4 məmulat isə silahlanmaya və seriyalı istehsala tövsiyə olunub 

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2012-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş səyyar kollegiya iclasları keçirilib. MSN-in mətbuat xidmətindən simsar.az-a verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda birinci rübdə birlik və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları, cari ildə görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Bildirilib ki, aparılan işlər nəticəsində hesabat dövründə nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilib.

Hesabat dövründə 2012-ci ilin İstehsal Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib. Respublikanın güc strukturları ilə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məhsullar istehsal edilərək sifarişçilərə təhvil verilib. İlin ilk rübündə 75 adda müdafiə təyinatlı, 120 adda isə mülki təyinatlı məmulatın istehsalı həyata keçirilib.

Cari ilin birinci rübündə proqram əsasında yaradılma mövzuları üzrə nəzərdə tutulan 10 mərhələ yerinə yetirilib. Həmin dövrdə məmulatların yaradılması üzrə 9 sınaq müvəffəqiyyətlə başa çatdırılıb, 4 məmulat isə silahlanmaya və seriyalı istehsala tövsiyə olunub.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib, 2012-ci ilin İstehsal Proqramlarının və digər proqnoz tapşırıqların icrasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.






18 May, 2012  15:41 Baxılıb: 949 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner