Buna 2 yaşlı uşaq səbəb olub
Avropa Məhkəməsi Türkiyəni cərimələyib. Simsar.az-ın məlumatına görə, buna səbəb 2 yaşlı uşağın vəlihədlik məsələsi olub. ABŞ-da yaşayan İlker Ensar Uyanık İzmir Ailə Məhkəməsinin qızı Yasamənin vəlihədliyinin Türkiyədə yaşayan anasına verilməsininə etiraz edib. Avropa Məhkəməsi iddianı qəbul edərək, Türkiyənin 12 min 500 avro təzminat ödəməsi haqqında qərar qəbul edib. Qərarda bildirilir: «Türkiyə məhkəməsi uşağın mənfəətinə uyğun olaraq, onun anasının yanında qalması haqqında qərar çıxarıb. Amma onun vəlihədlik hüququ yaşadığı ölkəyə məxsus olmalıdır. Ailə məhkəməsi Türkiyədə yaşadığı təqdirdə ata və uşağın arasındakı bağlılığın qırılacağını nəzərə almayıb».
Xatirə
DİGƏR XƏBƏRLƏR