Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalistlər üçün daha bir müsabiqə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22 iyul - Milli Mətbuat günü münasibətilə müsabiqə keçirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22 iyul - Milli Mətbuat günü münasibətilə jurnalistlər arasında müsabiqə elan edib.

 Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Simsar.az-a bildirib ki, müsabiqənin məqsədi ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması, təbiətdən davamlı istifadənin təmin olunmasının təbliği və əhalinin məlumatlandırılmasıdır.

Müsabiqə 8 mövzu olmaqla 4 istiqamət üzrə keçirilir. Hər istiqamət üzrə 2 mövzu təklif olunur. Mövzular bunlardır:

I. Ekoloji təhlükəsizliyin təminatı üzrə
- Su ehtiyatları və onlardan səmərəli istifadənin təbliği;
- Torpaq eroziyaları və səhralaşmanın qarşısının alınması;

II. “Yaşıl” texnologiyanın tətbiqi üzrə
- nativ və bərpa olunan enerji mənbələrindən istifadə və onların təbliği;
- Müasir texnologiyanın tətbiqi vasitəsilə tullantıların azaldılması

III. Meşələrin artırılması və mühafizəsi üzrə
- Meşələrin yanğından mühafizəsi;
- Meşə fondunun mühafizəsinin təbliği və yeni yaşıllıqların salınmasında ictimaiyyətin rolu.

IV. Biomüxtəliflik üzrə
- Nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və flora növlərin mühafizəsi;
- Əhalinin ekoloji maarifləndirilməsində milli parkların əhəmiyyəti.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazı və telesüjetlərə aid tələblərə əsasən, yazı və telesüjet elan edilmiş mövzulardan birinə uyğun olmalıdır. Müsabiqədə hər jurnalist yalnız bir mövzu üzrə iştirak edə bilər. Yazı və telesüjet Azərbaycan dilində olmalıdır (xarici mətbuatda işıqlandırılmış mövzular Azərbaycan dilinə tərcümə olunmuş şəkildə təqdim edilməlidir). Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

Yazıda və telesüjetdə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxədə, müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində - 12, CD formasında) variantları, telesüjetlər isə DVD-də təqdim olunmalıdır.

Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox, telesüjetlər isə 5 dəqiqədən az olmamalıdır.

Şəxsiyyət vəsiqəsinin surəti, jurnalistin KİV-də çalışması haqda müvafiq arayış da məqaləyə əlavə edilməlidir.

Müsabiqəyə 15 may 2012-ci il tarixdən 02 iyul 2012-ci il tarixədək çap olunmuş məqalə və telesüjetlər rəsmi iş günləri saat 10:00-dan 17:00-dək ETSN-ə şəxsən təqdim edilməlidir.

Müsabiqədə iştirak edən hər bir KİV nümayəndəsi özü haqqında məlumat (materialın aid olduğu nominasiya və mövzu, müəllifin adı, soyadı, atasının adı və telefon nömrələri) verməlidir.

Yazılarda mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırmaya, materialın oxucu üçün informasiyalılıq və maarifləndiricilik səviyyəsinə, yazının və reportajın dil və üslub xüsusiyyətlərinə, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyətinə, ictimai maraqların müdafiəsinə üstünlük veriləcək.

Müsabiqəyə təqdim olunan yazıların mükafatlandırılması isə belədir:
Hər istiqamət üzrə:

I yer - 1000 manat
II yer - 800 manat
III yer - 600 manat

Hər biri 300 manat məbləğində daha 15 həvəsləndirici mükafat olacaq.

Qaliblər, həmçinin ETSN-in xüsusi diplomu ilə təltif olunacaqlar.






18 May, 2012  15:12 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner