“Damlalar” dinləyicilərin bəyənisini qazanıb
Bir neçə hit mahnıların müəllifi Murad Arif daha bir yeni mahnısını dinləyicilərin ixtiyarına verib. “Damlalar” adlanan ritmik, eyni zamanda, duyğusal mahnı pop müğənni Natəvan Həbibinin ifasında səslənir. Ötən gün ilk dəfə təqdim olunan mahnı dinləyicilər tərəfindən artıq uğurla qarşılanıb və internet saytlarında dinləmə rekordları vurmaq üzrədir. Xatırladaq ki, bu, Muradın Natəvanla ilk iş birliyi deyil. Bundan əvvəl Natəvan sözləri və musiqisi Murad Arifə məxsus “Sevdiyini söylə”, “Təyyarələr” və “Stop” hitlərini ifa edib və hər üç mahnı dinləyicilərin bəyənisini qazanıb. Murad Arif özü də Natəvanla işbirliyindən məmnundur. Dediyinə görə Natəvan həmin müğənnilərdəndir ki, müəllifin duyğularını ona aid mahnıda mükəmməl çatdıra bilir. Eyni zamanda, Natəvan da Muradın mahnılarını çox bəyəndiyini və işbirliklərinin uzunömürlü olmasını istəyir. Cütlük irəlidə daha neçə-neçə hitlərə bərabər imza atmağı planlaşdırır.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR