“Dalğa Arena”da keçirilən finalda Premyer Liqanın qalibi 6-cı yerin sahibinə uduzub
Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib. “Dalğa Arena”da baş tutan görüşlə cari futbol mövsümünə yekun vurulub. Həlledici matçda paytaxt təmsilçiləri - “Neftçi” və “Bakı” qarşılaşıb.
“Neftçi” finala Premyer Liqanın qalibi kimi, “zolaqlılar”sa 6-cı yerin sahibi kimi çıxıb.
Püşklə nominal meydan sahibi olan “ağ-qaralar” 8 illik fasilədən sonra mövsümü “qızıl dubl”la başa vurmağa çalışsa da, bu arzu onların gözündə qalıb.
Belə ki, “Bakı” ilk yarıda vurduğu 2 qolla matçın taleyini həll edib. Bununla, “zolaqlılar” tarixində üçüncü dəfə ölkə kubokunu başı üzərinə qaldırıblar.
Xatırladaq ki, “Bakı” 2005 və 2010-cu illərdə də kuboka sahib çıxmışdı.
DİGƏR XƏBƏRLƏR