Tacikistan türk seriallarını dayandırdı
Azərbaycandan sonra Tacikistanda türk seriallarının yayımı dayandırıldı
Azərbaycandan sonra Tacikistan da ölkədə məşhur olan Türkiyə istehsallı
serialların yayımını dayandırıb. Simsar.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Tacikistanda qadağaya səbəb kimi bu seriallarda olan şiddətin izləyənləri pis təsirləndirməsi göstərilib.
Tacikistanın Film və Video Agentliyinin rəhbəri Dövlət Səfərov bu gün verdiyi açıqlamada deyib ki, türk serialları terror və ekstremizmlə doludur.
DİGƏR XƏBƏRLƏR