Tarzən xanım Elmira Rəhimovanın repertuarına müraciət edib
Artıq müğənni kimi fəaliyyətə başlayan “Humay” qızlar ansamblının rəhbəri Humay Qədimova daha iki mahnını repertuarına daxil edəcək. Bu barədə simsar.az-a danışan tarzən mahnılardan birinin sənətkar Elmira Rəhimovanın repertuarında yer alan “İntizardayam” adlı mahnının olduğunu açıqlayıb. Hazırda mahnının məşqlərini edən Humay xanım yaxın günlərdə mahnını studiyada yazdırıb dinləyicilərə təqdim edəcək. Bundan başqa, o, bəstəkar Hatəm Nəbioğlunun “Yeri-yeri” adlı ritmik mahnısı üzərində də çalışır. Tarzən xanım onu da bildirdi ki, mahnılarda səslənən tarda olan bütün instrumental ifalar özünə aiddir. Ona ünvanladığımız “kimdənsə ifaçılıq dərsləri alırsızmı” sualına “xeyir, ifam Allah vergisidir” cavabını verdi.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR