Xanəndənin favoriti Səbinə Babayevadır
“Eurivision” mahnı müsabiqəsinə yekunu dünyaca məşhur xanəndəmiz Alim Qasımov vuracaq. O, səsvermə ərəfəsində səhnədə solo ifa ilə çıxış edəcək. Xanəndə simsar.az-a açıqlamasında yekunda qəzəldən ibarət muğam oxuyacağını və muğamın Azərbaycanın milli musiqi sərvəti olduğunu bir daha dünyaya duyaracağını deyib.
Artıq bir neçə müddətdir S.Babayevanın ifasında səslənən “When the music dies” mahnısında xanəndənin ifasında zəngulənin səslənməsi mahnıya daha da gözəl rəng qatıb və hər kəsin marağına səbəb olub.
Xanəndə müsabiqənin final günü təmsilçimizlə birgə eyni səhnəni bölüşməsindən məmnunluq duyduğunu bildirib: “Səbinə istedadlı xanımdır. İfasını bəyənirəm. Bu ilki mahnımız da çox xoşuma gəlir. Buna görə də, mənə təklif edəndə ki, orda muğam parçası ifa edim, heç tərəddüd etmədən razılıq verdim”.
O ki qaldı, Alim Qasımovun müsabiqədə favorit saydığı ölkəyə, xanəndə öz mahnımızdan başqa digər ölkələrin mahnılarını dinləməyə fürsət tapmayıb. Bu səbəbdən də favoriti məhz Azərbaycan olaraq qalır.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR