Onlar birgə proyekt hazırlayırlar
Hazırda İstanbulda olan müğənni Zamiq Azərbaycana maraqlı proyektlə qayıdacaq. Azərbaycanlı müğənni Türkiyənin tanınmış müğənnisi Işın Karaca ilə yeni proyekt hazırlayır. Aldığımız məlumata görə proyekt duet mahnıdan ibarətdir. Çox güman ki, duet mahnı Zamiqin ifasında səslənən mahnılardan birinə yazılacaq. Hazır olduqdan sonra isə klip çəkiləcək. Daha ətraflı müğənni Bakıya qayıdandan sonra diqqətinizə çatdıracağıq.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR