Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HAMİYƏT: “SİBEL CANDAN MƏNİM HAQQIMDA SORUŞANDA ƏSƏBLƏŞİRMİŞ…” - EKSKLÜZİV - FOTOSESSİYA

“Siz yaxşı səsə çox dəyər verirsiz”

Müsahibim Türkiyədə sənətə gəldiyi ilk gündən populyarlıq qazanan, amma sonradan populyarlığını az da olsa itirən müğənni Hamiyətdir. Onunla “Akkaya” Productionun rəhbəri Ahmet Akkaya və Pınar Sağırın təşəbbüsü ilə görüşdük. Çox səmimi həmsöhbət olduğunu duyduq, çünki reportajdan əlavə, bizimlə ürəkdən paylaşdığı bəzi məqamlar oldu. Amma o məqamlar bu müsahibədə yoxdur. Çünki dostca bölüşmüşdü bizimlə Hamiyət…

- İlk dəfə 2000-ci ildə efirdə görünəndə çoxu sizi Sibel Cana bənzədirdi. Bu bənzərlik sizin tərəfdən düşünülümüşdü ki, tez populyar olasız?
- Düşünülmüş bir addım deyildi. Sadəcə az da olsa, oxşarlığımız var idi. Üstəlik, Sibel Cana bənzəmək əslində gözəldir. O, çox gözəl müğənni və gözəl qadındı.
- Karyeranıza uğurlu başlasaz da, sonradan davamı gəlmədi. Səbəb nə oldu?
- Mən bir şirkətin təqdim etdiyi müğənni idim. Əvvəl həmin şirkət karyerama maddi vəsait sərf edirdi. Sonra şirkət bağlandı Onda boşluq yarandı. Müğənni kimi fəaliyyət göstərməyim üçün artıq özümdən xərcləməli idim. İkinci albomumu çıxardım. O da uğurlu alındı. Amma sonradan çıxardığım iki albomum uğursuz oldu. Çünki bilirsiz, sənəti davam etdirmək üçün çoxlu pul lazımdır. Maddi durum yaxşı olmadığından uğurlarımı davam etdirə bilmədim. Yəni, o iki albomdakı mahnıları yaxşı tanıda bilmədim.
- Bəs qocaman sənətkarlarınız necə, sizin kimi cavanlara dəstək olurdular, yoxsa?
- Yox, mən onların heç birindən elə bir dəsdək görməmişəm. Əksinə, biz gəncləri özlərinə rəqib görürdülər.
- O vaxt maqazin yazarlarınız Sibel Cana bənzədiyinizdən, onun bundan xoşlanmadığını və bu səbəbdən sizə əngəl olduğunu yazırdılar...
- Açığı, mən də bunu o vaxt tez-tez eşidirdim. Hətta eşidirdim ki, Sibel xanımdan mənim haqqımda soruşanda əsəbləşirmiş... Əslində, mən bunların hamısına da dedi-qodu kimi yanaşıram. O, neçə ilin sənətçisidir. Biz tamam fərqli müğənnilərik.
- Heç onunla üz-üzə gəlib, bu haqda danışdığınız məqam oldu?
- Yox, elə bir şey olmayıb. Bir-iki dəfə hava limanında raslaşmışıq və sadəcə salamlaşıb, hal-əhval tutmuşuq.
- Müğənlilərlə dostluq əlaqələriniz var?
- Əvvəl şirkətlə işləyəndə özlərindən razı olduqlarından heç kim bir-biri ilə demək olar ki, dostluq etmirdi. İndi o şirkətlər olmadığından hamısı bir-birinə ehtiyac duyur.
- Hamiyətin yeri bir müğəni kimi hardadı?
- Haqqım olan yerdə deyiləm. Bundan daha yaxşı yerə layiqəm.
- Sənətinizdə durğunluq olan vaxtlarda nə ilə məşğul olduz?
- O vaxtlar ailə qurmuşdum. Amma hamilə olanda da səhnəyə çıxmışdım.
- Səhnələrdə görünməməyinizə kimlərsə sevindi?
- Əlbətdə ki, çox sevinən sənətcilər oldu. Adlarını demək istəmirəm. Ancaq mənim karyeramı birdəfəlik söndürmək üçün qapı-qapı falçılara gedən sənətçiləri tanıyıram.
- Onların cadularından ziyan çəkmisiz?
- Hə, bir az ziyan çəkmişəm...
- Yəqin müğənni dostlarınız var. Onlarla bir yerdə olanda ən çox nədən söhbət edirsiz?
- Qadındırsa, əlbəttə ki, dedi-qodu edirik (gülür).
- Səhv etmirəmsə, siz ikinci evliliyinizi yaşayırsız.
- Düzdür. Amma rica edirəm, bu haqda danışmayaq.
- İkinci dəfə nə vaxt ailə qurduz?
- Keçən il aprel ayında evləndik. Hazırda 3 aylıq qızım var.
- Həyat yoldaşınız sənətinizi davat etdirməyə mane olmadı ki?
- Əvvəldə bir az problem oldu. Sonra özü mənə kömək etdi, dəstəklədi.
- O, nə işlə məşğuldu?
- İnşahat mühəndisidi.
- Azərbaycanda olmusuz, elə deyilmi?
- Bəli, çox bəyənirəm ölkənizi. Özümü doğma ölkəmizdə olduğum kimi hiss edirdim.
- Bizim sənətçilərdən tanıdıqlarınız varmı?
- Azəri qızı Güneli, İradə İbrahimovanı, bəstəkar Vüqar Camalzadəni tanıyıram.
- Bizim sənətçilərlə sizin sənətçilərin arasında fərq nədi?
- Sizin sənəstçilərdə duruş, səviyyə, görnüş çox yaxşıdı. Bizdə sənətçi çoxdur, sizdə isə az. Amma onların hamısı, demək olar ki, ulduzdur.
- Niyə belə düşünürsüz?
- Sizin düşünmək fərqiniz də başqadı. Birinin səsi çox yaxşdırsa, ona çox dəyər verirsiz. Bizdə səsi olmayan albom çıxarır, aktiyorluğu bacarmayan da səhnəyə çxır.

Azər Nəsibov

 






14 May, 2012  18:20 Baxılıb: 2351 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner