Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: İnsanlığın şərəfi

Alimin kasıb yaşadığı, ömründə kitab üzü açmayan şou-biznes dılğırının bahalı maşında gəzməyinə, villalarda yaşamağına etiraz olaraq oxuyun.

Son vaxtlar mütaliəyə çox vaxt sərf eləməyə çalışıram. Avtobusda-metroda, arada əlimə düşən beş-on boş dəqiqədə bir neçə səhifə oxumaq, başladığım kitabı tez qurtarıb, o birisinə keçmək istəyirəm. Vaxtilə imkansızlıqdan zamanında oxuya bilmədiklərimi oxumaq istəyirəm. 
Bu meylin son illərdə yaşla, ailə ilə, yaradıcılıqla bağlı yaşadığım gərginliyi nə qədər azaltdığını görürəm.
Ürəyimin daha rahat, əsəblərimin daha dinc olduğunu hiss eləyirəm. Görürəm ki, kitabın adama verə bildyini başqa heç nə vermir.
Görürəm ki, kitab – insanlıq tarixinin ən şərəfli kəşfidir.

Bu günlərdə televiziya kanallarından birində dəhşətli qətl barədə süjetə baxdım: 20-23 yaşlı bir oğlan məhəllələrindən keçən bir yaşıdını bıçaqlayıb öldürmüşdü.
Amma qətl bir yana, dəhşətli olan həm də qətlin səbəbi idi – qatil qurbanının niyə bıçaqladığını izah edə bilmirdi. Elə-belə, məhəllələrindən təkəbbürlə keçən yaşıdı bu saymazyanalığı ilə onu «təhqir» eləmiş olub...qatilin fikrincə...
Süjetə baxa-baxa düşündüm ki, ağzının danışığını bilməyən, bir cümləni quraşdırıb rahat deməyi bacarmayan bu gənc təhsilli, intellktual olsaydı, ömründə beş-altı kitab oxusaydı, yenə də məhəllədən keçən bir adamın təkəbbürünü özünə təhqir bilib onu öldürərdimi?
İnanmıram.
Mən kitabın, elmin humanizmə xidmət elədiyinə, insanı yeyən, nəfəs alan, mövcud olan orqanizmdən düşünə bilən, hissləri, ideyaları olan ali varlığa çevirdiyinə inanıram.
Mən Raskolnikovun hekayətini oxuyan adamın kimisə bıçaqlamaq nədi, şillə vuracağına inana bilmirəm.
Kozettanı doğma qızı kimi böyüdən Jan Valjana rəğbət bəsləyən adamın küçədə gördüyü dilənçi qızın saçına bir sığal çəkməməyinə inana bilmirəm.
Mən inanıram ki, yaxşı, dəyərli kitab adamı burax, heyvanı insana çevirməyə qadirdi.
Mən bəşəriyyətin xilasını gözəllikdə yox, kitabda görürəm.
Mən inanıram ki, bəşəriyyətin savaşsız, qansız, təmiz gələcəyinə kömək edən adam - gözü hərfə təzə alışan uşağın əlinə kitab verən adamdı...
Mən bu yazını yaradıcılıq eqomu təsdiqləmək üçün yazmadım. Bu yazı yaradıcılıqdan uzaqdı. İstədim ki, içimdən gələn, inandığım şeylərlə bölüşüm: heç nəyə baxmadan oxuyun. Alimin kasıb yaşadığı, ömründə kitab üzü açmayan şou-biznes dılğırının bahalı maşında gəzməyinə, villalarda yaşamağına etiraz olaraq siz oxuyun.
Ucuz şoulara, zövqsüz kütləyə hesablanmış verilişlərə, meyxanalara-meyxanaçılara qarşı - oxuyun!
Çünki, insanlığın şərəfi kitabdısa, insanın da ləyaqəti elmdi...






14 May, 2012  15:45 Baxılıb: 1991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner