İdmançımız Geqişe Tolmasyanı nokauta salıb
Xəbər verdiyimiz kimi, Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov mayın 12-də Almaniyada erməni idmançı Geqişe Tolmasyanla qarşılaşıb.
Döyüşdə çox gərgin anlar yaşanıb. Döyüş boksçumuz üçün çox ağır keçib. 2-ci raundda rəqib Məmmədovu nokdaun vəziyyətinə sala bilib. Amma 7 illik fasiləyə baxmayaraq boksçumuz istəyini həyata keçirə bilib. Erməni boksçunu nokauta salmaq üçün Farizə 4 raund bəs edib. O, 4-cü raundda rəqibini nokaut vəziyyətinə salaraq qələbə qazanıb.
Görüşdən sonra Fariz Məmmədov bildirib ki, o, idmançı kimi yox, azərbaycanlı kimi bu qələbəni qazanıb.
Xatırladaq ki, bir neçə gün öncə Fariz Məmmədov bizimlə müsahibəsində qalib gələcəyinə 100 faiz əmin olduğunu bildirmişdi.
Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov 7 illik fasilədən sonra yenidən peşəkar idmana qayıdıb. Bu günlərdə o, Almaniyanın boks şirkətlərinin biri ilə müqavilə imzalayıb.
DİGƏR XƏBƏRLƏR