Liz Assianın paytaxımıza səfəri mayın 24-də başlayır
“Eurovision” Mahnı Müsabiqəsinin ilk qalibi Liz Assia Bakıdakı şouda iştirak etmək üçün Azərbaycana gəlir. ANS PRESS-in “Eurovision.az” saytına istinadən xəbər verir ki, dünyanın məşhur müsabiqəsinin İsveçrədən olan ilk qalibinin ölkəmizə səfəri mayın 24-də başlayacaq.
Liz Assia Oslo və Düsseldorfda keçirilən “Eurovision” şoularında da qonaq qismində çıxış edib.
Xatırladaq ki, Liz Assia 1956-cı ildə keçirilən “Eurovision” Mahnı Müsabiqəsinin qalibi olub. Xanım Assia bu il də “Eurovision” yarışmasında təmsil olunmaq üçün Milli Seçimlərə qatılmışdı.
DİGƏR XƏBƏRLƏR