Mədinə Məlikdən qeyri-adi ifa
“Kristal” qrupunun rəhbəri, eyni zamanda sound prodüsseri Mədinə Məlik hər kəsi sözün yaxşı mənasında təəccübləndirib. Ötən gün facebook sosial şəbəkəsində olan şəxsi səhifəsində ifasında səslənən “Həyat davam edir” mahnısını yerləşdirməklə prodüsser çoxlarını ifası ilə heyran edib. Sən demə, Mədinə xanımın qeyri-adi ifası varmış. Amma təəssüflər olsun ki, bu günə kimi ifasını üzə çıxartmamışdı. Nəhayət özünə qoyduğu bu baryeri sındıran qrup rəhbəri ifasını hər kəsə dinlətdi və sözün həqiqi mənasında çox bəyənildi. Əminliklə deyə bilərik ki, onun ifası bənzərsiz və çox cəlbedicidir. Buna siz də mahnını dinlədikdən sonra şahid olacaqsız.
Mədinə xanımı təbrik etmək üçün onunla telefon əlaqəsi yaratdıq. “Mahnı qrupum üçün yazılmışdı. Həmişə olduğu kimi, yenə də mahnını qızlara əzbərlətmək üçün ilk olaraq özüm sudiyada oxudum. İfamı eşidən mahnının müəllifi Arzu xanım israrla bildirdi ki, mahnı mənim ifamda qalacaq. Mən isə ona bildirdim ki, müğənni deyiləm, mahnı heyifdir, qoy “Kristal” oxusun ki, mahnı tanınsın. O isə bildirdi ki, ifam onu o qədər qane edib ki, bu mahnı arxivdə də qalsa, başqa ifada səslənməsini istəmir” - deyə Mədinə xanım bildirdi.
Bir müddət əvvəl Samir adlı şəxslə nişanlanan Mədinə xanım onu da bildirdi ki, ifası nişanlısının da çox xoşuna gəlib və oxuması üçün heç bir əngəl qoymayıb: “Samir ifamı eşidəndə Arzu xanımla razılaşdı. Təklif etdi ki, mahnı mənim ifamda qalsın. O, vaxtilə Rusiya şou-biznesində olub. Mənə dedi ki, oranın şou-biznesindən fərqli olaraq, bizim şou biznesdə demək olar ki, sound prodüsser yoxdur. Amma məndə bunun çox yaxşı alındığını bildirdi”.
Mədinə xanım onu da qeyd etdi ki, baxmayaraq, ifası çoxlarının xoşuna gəlib. Amma müğənni kimi fəaliyyət göstərmək niyyətində deyil. Bu sənətə hobbi kimi yanaşdığını və ancaq ara-sıra qonaq olduğu verilişlərdə, həm də yaxın adamların çevrəsində oxuyacağını vurğuladı. Mahnının sözləri, musiqisi və aranjimanı Arzu Abasovaya məxsusdur.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR