Müğənni ona əngəl olan maneəni aradan götüzdürüb.
Əvvəllər burnundakı əyriliklə diqqət çəkən müğənni Emil Bədəlov daha bu səbəbdən diqqət çəkməyəcək. Çünki müğənni burnundan cərrahiyyə əməliyyatı olunub. Bu haqda az əvvəl müğənni Simsar.az saytına eksklüziv məlumat verdi: “Burun çəpərində olan əyrilikdən dolayı çox əziyyət çəkirdim. Bu xoşagəlməz hal normal nəfəs almağıma da mane olurdu. Buna görə də həkimə müraciət etmək qərarına gəldim. Həkim müayinə etdikdən sonra mütləq əməlliyat olunmağımı təklif etdi. Bildirdi ki, çəpərdəki əyrilik ucbatından düzgün nəfəs ala bilmirəm. Bu da beynimə oksigenin yetərincə getməsinə əngəl olur”. Müğənni bildirdi ki, əməliyyat mayın 5-i aparılıb və artıq şiş çəkilmək üzrədir. Onu da qeyd etdi ki, əməliyyat uğurla aparılıb.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR