Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İlqar Qulusoy: “Sənə dönmək ümidi ilə yaşayıram...”

Saçlarını hər gün küləyə verirsən...

Bu məktubu mən, sənə yaxın olmayan bir yerdən yazıram. Bəlkə də, məni qınayacaqsan. Bilirəm, məndən çox incimisən. Axı, özüm də istəməyərək gözüyaşlı qoymuşam səni. Elə bilmə gözünün yaşlarına biganə qalmışam. Hər gün o yaş damcılarının əzabını yana-yana yaşamışam. Bəlkə də, məni unutmusan bəlkə də, yox. Amma mən səni unutmamışam. Yaza bilməyəndə düşünmüşəm. Düşünə-düşünə xatırlamışam. Çiçəklərin daradığı çiçək saçlarını, bulaq şırıltılı gülüşünü, acgözlüklə gözlərimə doldurduğum baxışını, oxuduğun həzin nəğməni silinməz hərflərlə yazmişam könül dəftərimə. Bir dəfə, saçlarını hər gün küləyə verirsən, amma ürəyini mənə vermirsən, deyəndə agladın. Yanagında lalələr açdı. Mənsə sənə, – bir bura bax, lalələrə şeh düşüb, dedim. Sən birdən-birə duruxdun və o lalələr heç zaman solmayacaq dedin. O zaman mənə elə gədi ki, o lalələrə şeh damlası sənin şəhla gözlərindən yox, İsa bulağından düşüb... 
Hələ bir dəfə aylı gecədə sənlə göruşə gəlmişdim. Səni tapa bilmirdim çiçəklərin içindən. Birdən məni səslədin. Xan səsi ilə, Bülbül avazi ilə. Mən səni tanıdım çiçəklərin arasında. Bir çiçək dərib bağışlamaq istədim. Birdən qışqırdım: “bu çiçəyə bax, üzərinə bülbül balası qonub”. Sən isə gülüb dedin ki, bu, bülbül balası deyil. Bu çiçəyin özüdü. Adına Xarıbülbül deyirlər. Amma dərmə, elə çəməndə onu mənə bağışla, dedin. Mən isə, sən mənim Xarıbülbülümsən deyib, bitdiyin yeri gostərdim sənə – ürəyimi. Amma sən baxmadın “Xarıbülbülümün“ vətəninə. Sən çoxdan orda idin axı!
Hələ bir gün bərk hirslənmişdim. Sənə yazılan “başı dumanlı, qırmızı tumanli” mahnını mənə oxumuşdun. Mənsə səni qısqanmışdım həmin mahnıya. Axı, sən mənim təkcə sevgilim deyildin. Qibləgahım idin, mənim vətənim, qəlbimin Kərbəlası, Məkkəsi, Mədinəsi idin...
Yadındamı, sənə həmişə döyunən ürəyim, şüşə bəxtim deyərdim. Sən mənim təbiətimin zərgər dəqiqliyi ilə gözünün nurunu əridərək ilmə-ilmə toxuduğu müqəddəs xalımsan. Yadındamı bir dəfə İsa bulağı dişimi donduranda mən Pənahabad qalasına sığınıb səndən qorxmamışdım. “Fələyin mancanağından bəla oxları” başına yağanda sənin qorxmadığın kimi...
Yolumu səbirsizliklə gözləyirsən...
Mən də, bir gün sənə dönmək ümidi ilə yaşayıram...






3 May, 2012  20:09 Baxılıb: 2752 Çap

Bu bölmədə

14 Fevral, 2014
Paşa Qəlbinur: O

XƏBƏR LENTİ

28 İyun, 2022  10:23

21 İyun, 2022  11:52



7 İyun, 2022  10:00






23 May, 2022  14:04


20 May, 2022  10:17


16 May, 2022  14:23



2 May, 2022  11:38









14 Mart, 2022  13:47



11 Mart, 2022  17:32

11 Mart, 2022  14:09

11 Mart, 2022  10:45










1 Mart, 2022  11:28








sagbanner