Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

ALMAQ ÜÇÜN ÖMRÜMÜZÜN YETMƏDİYİ SAATLAR - REPORTAJ

Bakıdakı saat mağazalarında şok qiymətlər  

Prezidentin «Blancpain» brendindən olan 800 min dollarlıq saat taxmasına dair yanlış məlumatdan sonra ölkə mətbuatı saat məsələsini ciddi müzakirə mövzusuna çevirib. Prezidentin mətbuat xidməti xəbərin yanlış olduğunu bəyan edərək, bu barədə yazan mətbu orqandan təkzib tələb edib. 
Burada diqqət çəkən məqam saatın qiyməti ilə bağldır. Azərbaycandakı iqtisadi-sosial durumun fonunda 800 min manatlıq saat taxmaq, əlbətdə ki, təəccüblü görünür. Amma dünya miqyasında məşhur saat brendləri arasında 800 min manat o qədər də fantastik qiymət deyil. Dünyada milyon dollardan yuxarı da saatlar var. Bəs Azərbaycanın saat bazarında vəziyyət necədir?
Bunu öyrənmək üçün şəhərdəki məşhur saat brendlərinin satış salonlarına baş çəkdik. Üz tutduq «Azərbaycan» prospektindəki mağazalara.

Saatların əhatəsində getməyən vaxt

VMF-in küçəyə baxan vitrinlərindəki saatlara tamaşa edə-edə şirkətin mağazasına daxil oluruq. Əlimizdə fotoaparat və qələm dəftər olduğunu görən satıcı reportaj üçün rəhbərliyin icazəsinin vacibliyini dedi.
Qəribədir, hər kəsin gözlə gördüyü və qiymətləri üzərində olan saatların şəkilini çəkmək üçün icazəyə nə ehtiyac var? Axı bura xüsusi mühafizə olunan dövlət əhəmiyyətli bir obyekt deyil… Satıcı barmağı ilə bizə kameraları göstərir və deyir ki, bura türmə kimi yerdir. Adamın hər addımını izləyirlər. Salonda şəkil çəkməyimə görə, satıcının başının ağrımaması üçün şirkətin yaxınlıqda yerləşən ofisinə üz tutduq. Dərdimizi mühafizəçiyə izah edəndən sonra o da kimlərəsə zəng etdi. Axırda bir nəfər gəlib «yox» cavabını verdi. Yenə də bizi təəccüb bürüdü. Şirkətin prezidenti Vahid Mustafayevin həmkarlarına necə hörmət göstərdiyini yəqin etdik.
İkinci dəfə alıcı qismində mağazaya daxil olub qiymətləri soruşduq.
1000 manatdan başlayan saatların ən bahalısı «Breguet» brendinə məxsusdur. 40 min manata satılan saatların digər saatlardan nəyinə görə fərqləndiyini soruşduq. Satıcı hər saatın işlənmə mexanizmi, materiallarının tərkibi, əl işlərinin peşəkarlığı müxtəlif olduğundan qiymətlər də fərqlənir.
«Sizdə 800 min manatlıq «Blancpain» saatları varmı» sualına satıcı gülərək belə saatların xüsusi sifarişlə gətirildiyini bildirdi.
Mağazada olduğumuz müddətdə qapını açıb içəri girənə rast gəlmədik. Ümumiyyətlə, bu mağazaların qarşısından keçəndə içəridə satıcılardan başqa kimsə gözə dəymir. Satıcılar da sanki saatlara baxa-baxa saniyələrin sürətlə axmasını gözləyirlər. Əhatəndə bu qədər saat ola-ola vaxtın yerində sayması dəhşətdir!


Qolumuzda 200 min dollarlıq saat


Sərt rejmdə çalışan satıcılara Allahdan səbir diləyib, 20-25 metr aralıda yerləşən başqa bir saat mağazasına daxil oluruq.
Satıcı oğlan bizi gülərüzlə qarşılasa da, şəkil çəkməyə icazə vermir. Sən demə, şəkil çəkmək qadağasının gülməli səbəbi var imiş. Guya, brend saatların şəkilini çəkib Çinə göndərirlər və onun «kopyası» sifariş olunur. Nə qədər səfeh yanaşmadır? Satıcıya başa salırıq ki, bundan bəsit düşünmək mümkün deyil. Saatın oxşarını istehsal etmək üçün çinlilərin bizə və foto çəkilişlərə ehtiyacları yoxdur. İnternetdə istənilən saatın fotosunu əldə etmək mümkündür. Yaxud bui şlə məşğul olanların hər halda orginal saat almaq imkanları da var. Bütün bunları saatıcının diqqətinə çatdırandan sonra qadağanı müəyyən qədər aradan qaldıra bilirik.
Bu mağazada ən bahalı saat 200 min dollardır. «CORUM» brendindən olan saat sifarişlə ölkəyə gətirilib. Satıcı seyfdən həmin saatı çıxarıb bizə uzadır. Yox, hədiyyə üçün deyil. Əlimiz əsə-əsə saatı götürüb o üz-bu üzünə baxırıq. Görəsən, orta azərbaycanlı bu saatı almaq üçün neçə il işləməlidir? 200 min manatlıq saatı qoluma vuranda bir anlıq özümü papanın ədabaz gül balalarının yerinə hiss etdim.
Mağazada təkcə saatlar deyil, brend saat kəmərləri, qələmlər də satılır. Qiymətlər 300 manatdan yuxarıdır.

Yalançı qiymətlər


Eyni sırada yerləşən «TAGHEUER” saat mağazasında da əsasən İsveçrədə istehsal olunan saatlar satılır. Burada qiymətlər nisbətən ucuzdur. Ən bahalı saatın qiyməti 1350 manatdır. Ən ucuzu isə 990 manat. Satıcı xanım bildirdi ki, digər mağazalarda baha qiymətə deyilən saatlar əslində İsveçrədə çox ucuzdur. Sadəcə, buradakı dilerlər öz çəkilərini, nüfuzlarını qaldırmaq üçün fantastik məbləğ müəyyənləşdirirlər. Həmin saatları heç alan da olmur.
Müşahidələr zamanı o da məlum oldu ki, Azərbaycanda bahalı saatlara o qədər də meyl göstərmirlər. Məsələn, Avropada
«Chopard» saatı 508 min dollar, ağ qızıldan olan «Montblanc» 365,750 min dollar, «Concord» isə 320 min dollardı. Onu da öyrəndik ki, Bakıdakı məşhur saat mağazaları əslində gəlir üçün deyil, qaranlıq yollarla əldə olunan pulları yumaq üçün istifadə olunur.
Həmçinin Azərbaycanda qoluna bahalı saat vuranlar məhsulu İsveçrənin özündən buradakı qiymətdən xeyli ucuz qiymətə almaq imkanına malikdirlər. Bu mənada Azərbaycanda fantastik qiymətə satılan saatlara o qədər də təlabat olmur.

Hansı qiymətlidir; qol saatı, ya ömür saatı

Sonda onu da bildirək ki, qoldakı saatın qiymətinin ucuz və ya baha olmasının sağlam düşüncəli insan üçün o qədər də əhəmiyyəti olmamalıdır. Ətrafımızda bu qədər ehtiyaclı insan olduğu halda, qolumuza bir neçə yüz min dollarlıq saat vurmağımız heç bir dəyərə sığa bilməz. Bir də ki, hansısa metaldan hazırlanan saata deyil, ömrümüzdən gedən saatlara yüksək qiymət verməyi bacarmalıyıq.
Qolumuzdakı saatın deyil, ömrümüzün saatının qədrini bilək!

Ruslan XƏLİL

 

 

 






26 Aprel, 2012  18:38 Baxılıb: 7556 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner