Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

QIZLARIN CEHİZLİK MEBEL DƏRDİ – MEBEL SALONUNDAN REPORTAJ

Alıcılar Türkiyə mebellərinə daha çox üstünlük verirlər

Toy mərasiminə hazırlıq gəlinlik seçimi, gəlin maşının hazırlanması, mərasimin keçiriləcəyi məkanın tapılması kimi mərhələlərlə yekunlaşmır. Hələ bunun cehizlik mebel seçimi mərhələsi də var. Demək olar ki, toyun əsas xərcləri də elə bu seçim zamanı ortaya çıxır. Hazırda həm zövqlü, həm keyfiyyətli, həm də ucuz mebel tapmaq qəliz məsələdir. Toya hazırlıq görən Ləman Ağayeva ilə söhbətimizdə mebellərin qiymətləri və keyfiyyəti məsələsindən şikayətləndi: “Toy üçün bir müddət əvvəldən pul yığmağa başlamışam, münasib qiymətə mebel ala bilsəm sevinərəm. Amma qiymətlə hər şey həll olmur. İstərdim ki, aldığım mebel keyfiyyətli olsun. Bu gün yüksək keyfiyyətli və ucuz mebel tapmaq çox çətindir, demək olar ki, mümkün deyil”.
Bu barədə söhbət edə-edə onunla görüşdüyümüz yerin yaxınlığındakı mebel salonuna daxil oluruq. Ötən həftədən bir neçə mebel salonunu gəzdiyini deyən Ləman xanım hələ ürəyincə mebel tapa bilmədiyini də vurğuladı: “Mebel alanda tək qiymət və keyfiyyət önəmli amil deyil. Hər gün görəcəyim, istifadə edəcəyim mebelin ürəyimcə, zövqümə uyğun olması da vacib şərtdir”.
L. Ağayeva mebellərə göz gəzdirərkən biz də mebel satışı ilə məşğul olan Sait Tosunla danışdıq. Sait bəy deyir ki, mebellərin qiyməti mebel bazarındakı vəziyyətə əsasən müəyyənləşir: “Bizdə mebellərin ən ucuzu 500-600 manatdan başlayır. Hətta daha ucuz qiymətə də tapmaq olar”.
Ləmanla söhbətimizdə bizə demişdi ki, o, nisbətən bahalı mebel seçmək istəyir. Biz də Sait bəydən ən bahalı mebellərin qiyməti ilə maraqlanırıq. Onun sözlərinə görə dəqiq qiymət demək olmur, müştərinin istəyinə görə bu qiymət dəyişir: “Ən bahalısı müştərinin seçiminə görə dəyişir. Mebelin hazırlandığı material, gətirildiyi ölkə, hətta rəngi də onu bahalaşdıran amillərdəndi”.
Öyrəndik ki, parlaq rəngli mebellərin qiyməti digərlərinə nisbətən daha yüksəkdir. Bundan başqa mebelin gətirldiyi ölkədəki qiymət buradakı qiymətə təsir edir: “Məsələn, Türkiyədə mebel baha satılırsa Azərbaycanda da onun satışı baha başa gəlir. Baxmayaraq ki, Türkiyə Azərbaycana sərhəd ölkədir. Çin uzaqda olmasıəna baxmayaraq oradan gətirilən mebellər ucuz olur. Çünki işçi qüvvəsi ucuzdur”. Çoxları kimi Çin istehsalı olan məhsulun keyfiyyətinə şübhə ilə yanaşan Ləman Ağayeva satıcı ilə söhbətimizə müdaxilə edərək həmin məhsulların keyfiyyəti ilə maraqlandı. Sait bəy bildirdi ki, orada işçi qüvvəsi ucuz olsa da mebeli hazırlayan fəhlələr bu sahədə təcrübəsizdir və bu da mebelin qiymətinə mənfi təsir edir: “Avropa ölkələrində mebel istehsalı ilə məşğul olanlar bu işdə peşəkar işçilərlə çalışırlar. Onlar mebellərin yığılması işini düzgün yerinə yetirirlər ki, bu da mebelin keyfiyyətini artırır. Məsələn, İtaliyada ailə şirkəti var ki, mebel istehsalı ilə cəmi 4-5 nəfər məşğul olur və onların hazırladığı məhsul baha olur. Çünki, bu mallar eksklüzivdir. Bir ədəd hazırlanır”.
Bəs alıcılar arasında hansı ölkənin mebellərinə daha çox üstünlük verilir? Sait bəydən öyrəndik ki, hazırda ən çox Türkiyə və Avstriya istehsalı olan mebellərə rəğbət çoxdur: “Başqa ölkələrin istehsalı olan mebellərə də üstülnlük verənlər var. Amma əsasən Türkiyə və Avsrtiya istehsaləı olan mebellər daha çox alınır. Bəzi alıcılar isə mebelin gətirlidiyi ölkəyə yox, həmin mebelin onun zövqünü oxşamasına daha çox əhəmiyyət verir”.
Ləman Ağayeva da belə alıcılardandır. O dedi ki, əsas odur mebel onun evinə yaraşsın, göz oxşasın: “Düzdür, keyfiyyət də vacib amildir. Amma mən istəyirəm ki, evimə baxanda mebellərimi görüb bundan zövq alım”.
Mebellərin qiyməti, keyfiyyəti ilə yanaşı onun görünüşü, modeli, dizaynı da önəmlidir. Hazırda həm modern, həm avanqard, həm də klassik üslubda mebellər satılır. Sait bəydən öyrənirik ki, evlənməyə hazırlaşan gənclərin əksəriyyəti modern üslubda olan mebellərə müstünlük verirlər: “Hər üç üslubda olan mebellər maraq dairəsindədi. Amma müqayisə etsək modern üslüubda olanlar nisbətən üstünlük təşkil edir”.
Satıcı ilə söhbətimiz zamanı Ləmanın yaşıdlarından fərlqi olaraq klassik mebellərə göz gəzdirdiyini gördük. Bir neçəsinin qyimətini öyrənsə də gözlədiyindən baha olduğundan başqa mebel salonuna üz tutmağa qərar verdi.
Sait Tosunla söhbətimizi müştərilərin məxüsusi sifarişlə aldığı mebellər barədə danışaraq başa vurduq. Sait bəy dedi ki, artıq müştərilər evlərini mebelə yox, mebeli evə uyğunlaşdırırlar: “Artıq zaman dəyişib. Mən bu yaxınlarda Türkiyəyə gedəndə də bunun şahidi oldum. İnsanlar mebeli evlərinin hansı hissəsində yerləşdirmək istədiklərini müəyyən edib, mebel salonuna müraciət edirlər. Orada çertyoj çəkilir və mebel ona uyğun yığılır”.
Göründüyü kimi, mebel salonlarında hər büdcəyə, hər zövqə, hər evə uyğun mebel tapıb evi bəzəmək olur. Bircə qalır evi xoşbəxtliklə doldurmaq o da yeni ailə quranların boynuna.

Fatimə Kərimli

 






25 Aprel, 2012  17:49 Baxılıb: 8208 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner