Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İRADƏ İBRAHİMOVA: “İLK SEVGİ ETİRAFINI MƏN ETDİM”-FOTOSESSİYA

“Anam dedi ki, özümü yandıraram...”

İstanbul səfərimizdən reportajlarımız davam edir. Orada olasan, amma Azərbaycanın populyar müğənnisi İradə İbrahimova ilə görüşməyəsən? Bu, mümkünsüz idi. İstanbulda olduğumuzun 4-cü günü sevilən müğənnimizlə görüşdük. Şəhərin ən gözəl yerlərindən olan Bakırköydə görüşdük və iradəsevərlər üçün müsahibə aldıq.

- Deyəsən, sənətdən uzaqlaşıb, ancaq analıq missiyasını yeinə yetirirsən...
- Düzdür, hazırda qızım İpəyin tərbiyəsi ilə məşğulam. Onu heç kimə etibar edə bilmirəm.
- İpək necə uşaqdır?
- Sağ olsun, məni incitmir. Canı da möhkəmdir. Bir yeri harasa dəyəndə, ya da yıxılanda ağlamır. Evdəkilərə deyirəm, biz tərəfə oxşayıb (gülür).
- Bəs sənətin nə yerdədir?
- İmkan tapdıqca, sənətimlə də məşğul oluram. Evdə çox qaldıqca sanki passivləşirəm. Düzdü, evdə də boş- bekar oturmuram, ev işləri ilə məşğul olub, başımı qatıram.
- Hazırda sənətində yeniliklər varmı?
- Elə bir yeniliyim yoxdu. Amma oxunası yeni mahnılar var. Aranjiman da olunublar. Bəstəkarlar gözləyirlər ki, Bakıya gəlim, mahnıları yazdıraq.
- Nə əcəb Türkiyənin şou-biznesinə qatılmağa cəhd göstərmirsən?
- Yəqin çoxlarına qəribə gəlir ki, mənim kimi səsli-küylü həyat yaşayan, hər gün səhnədə olan bir müğənni niyə burda şou-biznesə qatılmır. Əslində, buna o qədər də istəyim yoxdur. Həmişə arzulamışam ki, gözəl ailəm olsun. Allaha çox şükür, bu istəyimə çatmışam. Qayınatam, qayınanam başda olmaqla, gözəl ailəyə gəlin olmuşam. Şəxsi həyatım o qədər gözəl davam edir ki, buranın şou-biznesinə qatılmaq barədə düşünməyə belə vaxt tapmıram.
- Hərdən bəzi analar oğlunu gəlininə qısqanır. Sənin qaynanan necə?
- Heç vaxt elə şey olmayıb. Allah mənə hədsiz gözəl qayınana qismət edib. Məni öz qızı kimi çox sevir. Bəzən İpəyə baxmağımda yardımçı olur.
- Bildiyimizə görə həyat yoldaşınla 2000-ci ildə tanışsız. Bəs niyə evlənməyiniz bu qədər gecikib?
- Qismət belə imiş. Ailə qurandan sonra Ceyhun etiraf etdi ki, mənə gördüyü gündən vurulub. Amma mən xəbərsiz olmuşam. Elə bilirdim ki, münasibətimiz sadəcə dostluqdan ibarətdir. Ceyhunun mənə olan sevgisini duyurdum, lakin etiraf etməmişdi. Zamanla ondan xəbərsiz mənim də içimdə ona qarşı hisslər oyandı. Ona vurulmazdan qabaq sevgisinə fanat sevgisi kimi baxırdim. Əvvəl onun məni sevdiyini duyanda ailə qurmağı düşünmürdüm. Üstəlik də ailə qurub İstanbula getməyi, yaşamağı ağlıma belə gətirmirdim. Ceyhuna qarşı hisslərim yarananda anama dedim ki, məni İstanbuldan bir oğlan istəyir, bəlkə onunla ailə qurub, orda yaşadım. Anam cavabında demişdi ki, özümü yandıraram, elə bir şey ola bilməz (gülür).
- Ceyhuna olan sevgin nədən yarandı?
- Ceyhunun tərbiyəsinə, düzgünlüyünə, səmimiliyinə o qədər bağlandım ki, bu səbəbdən ona vuruldum. O, hədsiz vicdanlı insandı. Bir insanda olmayan cəhətlər Ceyhunda artıqlaması ilə öz əksini tapıb. Belə bir insana vurulmamaq olmazdı. Bakıda mənə sevgi etirafı edənlərin heç birində tam olaraq belə xarakterlər görmədim.
- İlk dəfə hansınız sevginizi etiraf etdiz?
- İlk dəfə mən Ceyhuna “mən seni sevirəm”-deyə, mesaj yazıb, etiraf etmişdim. Bu da onun ürəyincə imiş. Ondan sonra o da cəsarətlənib məni illərdir sevdiyini söylədi.
- Heç mübahisə etdiyiniz anlar olur?
- Allaha şükür, demək olar ki, olmur.
- Ailə qurmağınıza mane olmaq istəyənlər vardımı?
- Toydan qabaq qayınatam mənim haqqımda çoxlarından maraqlanıb, soraqlaşıb. Bunu bu yaxınlarda bilmişəm. Toydan sonra qulağıma xoşagəlməz söz-söhbətlər çatmışdı. Toyumda qonaq kimi iştirak edən bir qadın mənim üçün “bu da ailə qurdu”-deyə, məzəmmət etmişdi. Halbuki, üzdə özünü elə göstərir, guya məni dünyalar qədər çox istəyir. Belə şeylər məni sındıra bilməz. Zamanında arxamca danışanlar, sevgilimi əlimdən aldı deyənlər, çox olub.
- Xatırlayıram, əvvəllər susurdun, sanki cavab verməyə qorxurdun. Sonradan cəsarətlənənrək onları susdurmağa başladın...
- Çevrəmdə olan insanlar deyirdilər ki, cavab verib, onların səviyyələrinə enmə. Amma gördüm ki, susduqca daha da irəli gedirlər. Buna görə onları susdurmaq qərarına gəldim. Özümü təsdiqlədim. Hər səhnə adamının malik olmadığına malik və layiqəm. Ən azından, gözəl ailəyə sahibəm. İndi də paxıllığımı çəkib, ardımca danışanlar var. Qoy, pis niyyətlərini davam etdirsinlər. Allah hər şeyi gözəl bilir. Bu gün öz keçmişimlə, əldə etdiyim hər şeylə, yaşadığım həyatla qürur duyuram.
- Türkiyənin sənət adamlarından tandığın, dostluq etdiklərin varmı?
- “Çocuklar duymasın” serialında oynayan Tamər Qaradağlı ilə tanışlığım var. Müğənni Murdad Dalklıçla da münasibətimiz var. Muradla duet oxumalı idik. Diskinin çıxma ərəfəsi idi deyə ara verdik. Çox yaxşı insandı.
- Bəs türkiyəli bəstəkarlardan necə, sənə mahnı verənlər var?
- Var, amma hələ açıqlama verməyim.
- Bakıya gələndə daha çox hansı sənət dostlarınla əlaqə saxlayıb, görüşürsən?
- Kimi görsəm təbii ki, sarılıram, öpürəm, hal-əhval tuturam. Daha çox ana olan sənətçilərmizlə danışacaq mövzu tapıb, söhbət edirəm. Ən çox da uşaqlar haqda danışırıq.
- Yenə övladın olması barədə fikirləşirsən, yoxsa?...
- Uşaq saxlamaq, böyütmək o qədər çətindir ki, Ceyhuna “mən hələ bu aralar uşaq istəmirəm”-demişəm.

Azər Nəsibov

 






23 Aprel, 2012  21:22 Baxılıb: 2567 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner