Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“KUBİK” YENƏ QALXDI

“Mişar daşının bahalaşması mövsümi xarakter daşıyır”

Son bir neçə gündə ölkədə “kubik” kimi tanınan mişar daşının qiyməti bahalaşıb. Bir müddət əvvələ qədər 40-55 qəpik arasında dəyişən qiymətlərin üzərinə hazırda 20 qəpik əlavə olunub.
Qiymət artımına xüsusilə bölgələrdə rast gəlinib. Adətən bu sahədə artımlar tədricən - yəni 3-4 qəpik səviyyəsində olduğundan birdən - birə 20 qəpiyədək artımın olması bir sıra suallar yaradır. Bahalaşma nə ilə bağlıdır? Daş karxanaları arassında karter sövdələşməsi mümkündürmü? Yoxsa bu sadəcə mövsümü xarakter daşıyır?

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin rəhbəri Nüsrət İbrahimli Simsar.az-a açıqlamasında bildirib ki, mişar daşının qiymətinin bahalaşması mövsümü xarakter daşıyır. Ekspert bahaşalmanı şirkətlərin sövdələşməsinin nəticəsi hesab etmir: «Qaradağda 30-dan çox karxana var. Onlar istəsələr belə sövdələşməyə gedə bilməzlər”. Birlik rəhbəri məsələnin araşdırılacağını dedi.

«Vulkan» daş karxanasından Simsar.az-a bildirilib ki, mişar daşının qimyət artımı tikinti mövsümünün başlanması ilə əlaqədardır. Karxana rəsmisinin bildirdiyinə görə, burada daşın qiməti 35 qəpikdir. Karxanadan “kubik” alanlar qiymətin üstünə çox qoyuralar: «Bir qədər bundan əvvəl də daşın qiyməti 1 manata qədər qalxmışdı, amma sonra yenə də 50 qəpiyə düşdü. İndi də yəqin ki, bir azdan qiymət ucuzlaşacaq».

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Simsar.az-a açıqlamasında bildirib ki, Nazirliyin yanında Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı mişar daşının qiymətində bahalaşma müşahidə edilməyib: «Buna baxmayaraq, monitorinqlərimiz davam edəcək və əgər süni qiymət artımı müəyyən edilərsə, qarşısı alınacaq”.



Xatirə






23 Aprel, 2012  19:36 Baxılıb: 36542 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner