Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qarabağlılar üçün dərzi kursu

Xalid Kazımov: «Məqsəd gənclərə peşə öyrətməkdir”

Qarabağ müharibəsindən əziyyət çəkənlər üçün dərzi kursları açılıb. Təşəbbüs Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilir.

Birliyin sədri Xalid Kazımovun sözlərinə görə, kurslar təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçiriləcək: «Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunacaq. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun da texniki dəstək verdiyi layihə çərçivəsində altı ay mülddətində 60 nəfər dərziliklə bağlı peşə bacarıqlarına yiyələnəcək. Layihə çərçivəsində keçirilən kursların hər birində 20 nəfər iştirakı nəzərdə tutulur. Dərslər həftədə 3 dəfə olmaqla iki qrupda keçiriləcək. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim ediləcək. Layihə başa çatdıqdan sonra da təşkilat kursu bitirən gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində iş aparacaq və həmin gənclərin çalışacağı tikiş sexi təşkil ediləcək».

RAMİL






20 Aprel, 2012  19:12 Baxılıb: 1404 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner