Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Tanıdığım ən səmimi solçu

Qırmızı köynəklər geyinib, otaqlarının divarlarını qırmızıya boyayan köhnə kişilərin xatirəsinə…

Yox, o Çe Gevara deyil. Çe Gevarını mən tanımıram. Çe bizim əfsanəmizdir - dünyadakı ən gerçək və ən cazibədar əfsanə.
Mən gerçək, daha doğrusu tanıdığım, əlini sıxdığım, mübahisə elədiyim solçudan danışıram.
Onu təsadüfən, Türkiyədə qatıldığım tədbirlərin birində tanımışdım. Orta yaşlı, mavi gözlü, ağ saçlı türk idi. Ortaq bir dostumuza görə yaxınlaşdıq, söhbətləşdik.
Həkimdi. Bir neçə evi, iki avtomobili, iki uşağı və bir qoca anası var. Hər şeyini halal zəhməti ilə qazanıb. Bir neçə evi, yaxşı gəliri olduğu halda oğlu bir oteldə ofisiant işləyir - çünki atasının fikrinə görə hər bir insan öz çörəyini öz zəhməti ilə qazanmalıdır. Və onun oğlu heç kimin oğlundan artıq deyil.
İxtisasca müəllimə olan qızı uzaq bir əyalətdə kənd uşaqlarına dərs deyir. Çünki atasının fəlsəfəsinə görə ən yaxşı kadrlar kənd uşaqlarına dərs deməlidi.
Yaşı səksəni ötmüş anası rəhmətə gedəndə ona ehsan verməyəcəyini deyir. Deyir ki, ehsan əvəzinə, anası öləndə beş yüz ağac əkəcək.
Evinə dəvət elədi bizi. Getdik. Divarlarında Çe Gevaranın, Dəniz Gəzmişin və oğlunun şəkilləri vardı - çünki oğlunun gələcəyin ya Çesi, ya da Deniz Gəzmişi olacağına inanır.
Maşının arxa oturacağı həmişə nəm salfetlərlə, limonla, istifadə olunmamış burun dəsmalları ilə dolu olur. Çünki rastına çıxan hər səyyar alverçidən limon, salfet, dəsmal almağı özünə borc bilir. Bazarlığı xırda baqqal dükanlarından eləyir, mer-meyvəni küçə alverçilərindən alır. Bunu arvad-uşağına da bərk-bərk tapşırır: bazarlığı xırda dükanlardan eləyin.
Ömründə heç vaxt bahalı brendlərin paltarlarını geyinməyib. Evinə bahalı əşya almayıb. Qənaəti, gözütoxluğu, səxavəti və ürəyigenişliyi bütün ailəsinə öyrədib.
Amma ən maraqlısı və təsirlisi bunlar deyil.
O bilir ki, öz həyat tərzi ilə heç nəyi dəyişməyəcək. Bilir ki, onun prinsipləri kütləviləşməyəcək. Bilir ki, onun həyat tərzi böyük mübarizə deyil.
Barışmır, amma inadla belə yaşayır. Çünki bilir…
Bilir ki, dünyada mütləq belə adamlar olmalıdı…
Küçə satıcılarından nəsə almağı özünə borc bilən, pulu olsa da markalara xərcləməyən və heç bir ehtiyacı olmadığı halda qızlarını uzaq vilayətlərə dərs deməyə göndərən kişilər olmalıdı dünyada…
Yoxsa dünyanın tarazlığı pozular…









20 Aprel, 2012  15:17 Baxılıb: 1811 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner