Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MÜXTƏLİF QATQILI "KƏRƏ" YAĞLARI - ARAŞDIRMA

Fazil Talıblı: “Kərə yağı adı altında tərkibində bitki qatışığı olan yağlar satılır”

Kərə yağı Azərbaycan mətbəxinin əsas rasionlarından biridir. Xolestrinlə zəngin bu qidanın çəki artımına, bəzi xəstəliklərin inkişafına səbəb olduğu məlum olsa da, əksəriyyət bundan imtina edə bilmir.
Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədədir. Bu məhsul ölkəmizə əsasən Yeni Zellandiya, Rusiya, Avsrtaliya, Ukrayna və pribaltika ölkələrindən idxal edilir.

Bəzi yağların keyfiyyəti isə istehlakçıları qane etmir. Alıcılar yağı əridərkən onun ayranının çox olmasından gileylənirlər. Azərbaycan ailələrində əsasən yağ alıb, əritməyə üstünlük verilir, bəzən qutuda olan əridilmiş yağlardan istifadə edilsə də, bunların keyfiyyəti xüsusilə istelakçıların narazılığına səbəb olur. Bəzi yağlardan isə qoxu gəldiyi deyilir.

Keyfiyyət məsələsi yağların qiymətində də özünü göstərir. Qiymətcə daha baha olan yağların tərkibi əhalini qane edir ki, bunların arasında təxminən kilosu 9-10 manata olan “Ankor” və “Vestqold” yağlarını göstərmək olar. Apardığımız sorğu nəticəsində mağazalarada yağların fərqli qiymətlərə satıldığını öyrəndik. Bu qiymət keyfiyyətlə yanaşı, istehsalçı ölkələrin adlarında da özünü göstərir. Yeni Zellandiya 6 – 7, Belorusiya 4-5, Rusiya istehsalı olan yağların kiloqramı isə 2.80-3 manatdan satılır.

Maraqlıdır ki, yerli istehsal olan yağlar daha baha satılır. Əslində idxal xərcləri nəzərə alınarsa, xarici yağlar baha satılmalıdır. Satıcılardan bunun da səbəbini soruşduq. Onların dediyinə görə, yerli yağlar daha keyfiyyətli olur və onların tərkibində qatqılar olmur: «Bizdə yağı təmiz süddən hazırlayırlar. Ona görə də onların qiymətinin baha olması təbiidir».

Amma bir qədər əvvəl Azərbaycanda gizli sexlərin də fəaliyyət göstərdiyi və saxta yağlar hazırlandığı üzə çıxmışdı. Rəsmi qurumların yaydığı məlumata görə, həmin sexlərdə xaricdən gətirilən kərə yağları bitki yağları ilə qarışdırılaraq, kərə yağı adı altında satışa çıxarılmışdı.

Bəs, indi vəziyyət necədir, bazarda olan bütün yağlar standartlara cavıab verirmi?
Bu suala cava tapmaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxladıq. F.Talıblı Simsar.az-a açıqlamasında bazarda standartdan kənar yağlara rast gəlindiyini bildirdi: «Kərə yağının istehsalı və idxalı ilə bağlı standartlar mövcuddur. Təəssüflər olsun ki, bəzən standartlardan kənar yağlara da rast gəlinir. Kərə yağı adı altında tərkibində bitki qatışığı olan yağlar satılır. Bu cür hallar aşkarlanır və müvafiq ölçülər götürülür». F.Talıblı onu da qeyd etdi ki, standartdan kənar yağlar topdansatış mərkəzlərində daha çox satılır. Mirəli Qaşqay küçəsindəki mərkəzlərdə bir müddət əvvəl bu cür faktlar qeydə alnıb. Komitə sözçüsünün dediyinə görə, qatışıq yağların satılması qadağan deyil, sadəcə məhsulun tərkibi onun üzərindəki göstəricilərə uyğun olmalıdır. Onun sözlərinə görə, son illər yerli yağ istehsalı müəssisələrinin sayının artması müşahidə edilir ki, bu da sevindirici haldır.

F.Talıblı qeyd etdi ki, bu il ərzində ölkədə hələ ki, standartdan kənar yağlar aşkar edilməyib: «2011-ci ildə bir neçə adlı yağ məhsullarının standartdan kənar olmasını müəyyənləşdirmişik. Amma bu il belə hala rastlaşmamışıq».

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, satışda olan yağların 85 faizi təmiz yağlar deyil. Onların tərkibində bitki, heyvan, marqarin tərkibləri mövcuddur: «Təəssüflər olsun ki, Azərbaycanda bu cür məhsulları analiz edəcək və müəyyənləşdirəcək bir qurum mövcud deyil». AİB sədrinin sözlərinə görə, kərə yağının ərimə temperaturu insan orqanizminin temperaturundan daha aşağı olduğundan, o mədədə və ya bağırsaqlarda qalmamalı, əriməlidir. Yağın necə həzm olunmasından asılı olaraq, onun təmiz olub-olmamasını müəyyən etmək olar.


Xatirə






19 Aprel, 2012  17:53 Baxılıb: 2899 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner