Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ölkəmiz neft hasilatını artırıb

Növbəti 4 ildə neft hasilatı tədricən artacaq

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda neft-qaz hasilatı 2011-ci ilin analoji dövrünə nisbətən artıb.

 Dövlət Statistika Komitəsindən Simsar.az-a verilən məlumata görə, hesabat dövründə ölkədə 11,3 mln. ton neft və 4,6 mlrd. kubmetr qaz hasil edilib. Bu da 2011-ci ilin I rübü ilə müqayisədə müvafiq olaraq 33,6% və 53,3% çoxdur. Belə ki, 2011-ci ilin yanvar-mart aylarında ölkədə 7,5 mln. ton neft və 3 mlrd. kubmetr qaz hasil edilib.

Bu ilin yanvar ayında Azərbaycanda neft hasilatı ötən ilin eyni ayına nisbətən 4,5%, yanvar-fevral aylarında 5% azalıb. Qaz hasilatı isə yanvarda 32,9% artıb, yanvar-fevralda isə 26,8% azalıb.

Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında ölkənin mədənçıxarma bölməsində ötən illə müqayisədə məhsul istehsalı 3,6% azalıb.

Qeyd edək ki, növbəti 4 ildə Azərbaycan neft hasilatını tədricən artırmaq niyyətindədir. Belə ki, 2012-ci ildə ölkədə 45 977,1 min ton, 2013-cü ildə 45 896,6 min ton, 2014-cü ildə 49 562,9 min ton, 2015-ci ildə isə 50 956,6 min ton neft hasil olunacağı gözlənilir. Göründüyü kimi, Azərbaycan artıq 4 ildən sonra neft hasilatı üzrə 2010-cu ilin səviyyəsinə çıxacaq.

Qaz proqnozuna gəldikdə isə, 2012-ci ildə ölkədə qaz hasilatının 28,280 mlrd. kubmetrə, 2013-cü ildə – 29,220 mlrd. kubmetrə, 2014-cü ildə – 29,540 mlrd. kubmetrə çatacağı, 2015-ci ildə isə 2014-cü ilə nisbətən 0,8% azalaraq 29,310 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycanda 45,4 mln. ton neft və 25,7 mlrd. kubmetr qaz hasil edilib. Bu da 2010-cu illə müqayisədə müvafiq olaraq 10,6% və 2% azdır. Belə ki, 2010-cu ildə ölkədə 50,8 mln. ton neft və 26,2 mlrd. kubmetr qaz hasil edilib.






17 Aprel, 2012  20:47 Baxılıb: 1081 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54






sagbanner