Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

ALICI GÖZLƏYƏN KİTAB MAĞAZALARI- REPORTAJ - FOTOSESSİYA

“Bizdə 2 manata olan kitab var, alıcı gəlir, baxır və deyir ki, iki manata kitab olar?”

Adətən orta və yaşlı nəslin nümayəndələri şikayətlənir ki, gənclər kitab oxumur. Mən də onların bu fikrinin doğru olub-olmadığını öyrənmək üçün kitab mağazalrından reportaj hazırlamağa qərar verdim.
İlk olaraq yolum “Akadem” kitab mağazasından düşdü. Satışda xarici ədəbiyyatdan tutmuş yerli ədəbiyyata qədər müxtəlif kitablar olan mağazada müdirlə görüşdük. Onunla kitab satışı ilə bağlı danışdıq. Mağazanın müdiri Ramiz Səfərov gənclərdən ürək dolusu gileyləndi. Onun sözlərinə görə, mağazaya gəlib kitab alanların əksəriyyəti 30-40 yaşdan yuxarı olanlardır: “Əvvəllər biz işə gələndə mağazanın qarşısında 10-15 nəfər adam dayanıb gözləyirdi ki, kitab alacaq. İndi mağazanı açırıq, iki saat gözləyirik ki, kimsə gəlib kitab alacaq. Üstəgəl kitab alanların içində 30 yaşdan yuxarı olanlar üstünlük təşkil edir. Gənclərin ümumiyyətlə kitab oxumağa marağı, həvəsi yoxdur. Bu da bizim gələcək bəlamızdır. Gənclərin indi kitab oxumamağının bəlasını biz 10 ildən sonra başa düşəcəyik. Mütaliə elə bir şeydir ki, o, insanı həm əqli tərəfdən inkişaf etdirir, həm də dünya görüşünü artırır”.
Mağaza müdiri kitaba marağın azalmasının səbəbini internetdə oxumaqla izah edənlərlə razılaşmadığını dedi: “Hamı deyir ki, uşaq gedir internetdə kitab oxuyur. Amma elə deyil, uşaq anasına, atasına deyir ki, dərs oxuyur, amma gedib internetdə oyun oynayır. Mən bunun səbəbini ata-ananın tələbkar olmamasında görürəm. Valideynlər uşaqları ilə maraqlanmırlar”.
Dəfələrlə şahidi olmuşam ki, alıcılar kitabların qiymətlərindən şikayətlənir. Bu barədə mağaza müdirinin fikrini öyrənməyə çalışdım. Onun sözlərinə görə sən demə bəzi oxucular ucuz kitabları yüksək qiymətləndirmirlər: “Bizdə 2 manata olan kitab var, alıcı gəlir, baxır və deyir ki, iki manata kitab olar? Hər şeyə loru dildə desək mız qoymaq bizim qanımızda var”.
Kitabların qiymətindən söz düşmüşkən R. Səfərov dedi ki, bizdə 50 qəpikdən - 200 manata qədər qiyməti olan kitablar var.
Onu da qeyd edim ki, mağazada olduğum vaxt ərzində yalnız bir alıcı kitab aldı.

“Bizdən kitab alanların əksəriyyəti gənclərdir, tələbələrdir”


“Akadem” kitab mağazasından ayrılıb, yollanıram kitab həvəskarlarına yaxşı məlum olan “İçərişəhər” kitab evinə. Bu mağazadan kitab alanların Elman dayı kimi tanıdığı Elman Mustafayev isə deyir ki, kitaba marağın tamam azaldığını demək düzgün olmaz: “Oxucuların əsas hissəsi gənclərdir. Orta və yaşlı nəsil də oxuyur amma gənclər üstünlük təşkil edir. 90-cı illərlə müqayisədə oxucuların sayı azalıb. Həmin illərlə müqayisədə kəmiyyət və keyfiyyət dəyişikliyi olub. Amma deməzdim ki, kitaba olan maraq tam azalıb, bunu demək düzgün olmaz. Yaxşı haldır ki, bizdən kitab alanların əksəriyyəti gənclərdir, tələbələrdir”.
Elman Mustafayev suallarımı cavavblandırarkən vurğuladı ki, oğlanlar daha çox oxuyur. O, öz müşahidəsinə əsasən deyir ki, alıcılar arasında qızlar azlıq təşkil edir: “Müşahidəmə əsasən deyə bilərəm ki, oğlanlar daha çox kitab alır. Halbuki əksinə olmalıdır. Çünki, qadın uşağın əsas tərbiyəçisidir. O daha çox oxumalıdır ki, mənəviyyatı zəngin olsun və bunu uşağa təlqin edə bilsin”.
Elman dayı kitaba marağın azalması səbəbini əlifbanın dəyişməyində görür. Deyir ki, orta və yaşlı nəsil latın qrafikalı əlifbanı oxuya bilmir, yeni nəsil də kiril əlifbasını. Onun fikrincə digər səbəb qiymətlərin bahalığıdır: “Alıcılar bəzən qiymətlərən narazaılıq edir, amma bu, nə məndən nə də alıcıdan asılıdır. Qeyd etdiyim kimi kitab çapı baha başa gəlir və eyni zamanda az tirajla buraxılır. Az tirajla buraxılan kitab da baha satılır”.
Burada isə ən baha kitab 60 manatdır ki, bu kitablar da incəsənət sahəsinə aid olan kitablardır. Ən ucuz kitab isə 20 qəpik.

“Oxucular kitabların qiymətindən şikayətlənmir”


Elman dayı ilə sağollaşıb yolumu bir çox alıcının üstünlük verdiyi “Əli və Nino” kitab mağazasından salıram. Mağazanın satıcısı Aydan Məmmədovadan daha çox hansı yaş kateqoriyasında olan oxucuların kitab aldığını soruşuram. Onun sözlərinə görə, kitab alan oxucuların sayı az deyil: “Alıcıların sayı normaldır. İndi oxuyanlar çoxdur. Alıcılar arasında əsasən yeniyetmələr, gənclər və 30-40 yaşlılar üstünlük təşkil edir”. Söhbət əsnasında A. Məmmədova vurğulayır ki, gənclərin kitab oxumaması barədə şikayətlənənlərlə razı deyil: “Hazırda kitab oxuyan gənclərin sayı kifahyət qədərdir. Onların üstünlük verdiyi ədəbiyyata gəlincə, bizdən kitab alanlar daha çox Azərbaycan dilinə tərcümə olunan xarici ədəbiyyata üstünlük verir”.
Aydan Məmmədova dedi ki, oxucular kitabların qiymətindən də razıdır: “Oxucular kitabların qiymətindən şikayətlənmir. Bizdə satılan kitabların ən ucuz və ən baha qiymətləri barədə deyə bilərəm ki, ən ucuz kitab 2, ən baha isə 154 manatdır. Ümumilikdə, 100 manatdan baha kitablar əsasən, ensiklopediyalardır”.

Bəs oxucular nə fikirdədir?


Orta və yaşlı nəslin gileyləndiyi gənclərin kitab alıb-almadığı ilə maraqlandım. Elə mağazada qarşılaşdığım Elşad İsgəndərli dedi ki, o, həm Azərbaycan, həm də dünya ədəbiyyatını oxuyur: “Mənim 20 yaşım var və kitab oxumağı sevirəm. Daha çox dedektiv, kriminal və siyasi ədəbiyyata üstünlük verirəm. Əsərlərini oxuduğum yazarları sadalasam deyə bilərəm ki, Elxan Elatlı, Çingiz Abdullayev, dünya ədəbiyyatından isə Erkül Puaronu oxuyuram”.
Söhbət əsnasında Elşad İsgəndərli onu da vurğuladı ki, yaşıdları daha çox internetə maraq göstərdiyindən kitab oxumurlar: “Düşünürəm ki, kitab oxuyanların sayı azdır. Bunun əvəzinə inernetə, əyləncə saytlarına maraq daha çoxdur”.
Yaşar Soltanov isə bu fikirdədir ki, indi oxunmalı kitab yoxdur: “Əvvəllər oxumuşam, amma son vaxtlar oxumuram. İndi oxumağa da bir şey yoxdur”.
Bakı Slavyan Universitetinin tələbəsi Aida Ağayeva isə daha çox kitabların qiymətlərindən gileyləndi: “Kitab oxumağı sevirəm. Kitabların qiymətinə gəlincə isə bundan narazıyam. Ona görə də kitabxanadan götürmək daha münasibdir. Kitabxanada isə hər kitabı tapmaq olmur”.

Fatimə Kərimli






29 Mart, 2012  19:46 Baxılıb: 3960 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner