Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Xaç atası” na görə miras savaşı başladı

Mario Puzonun ailəsi “Paramount Pictures” məhkəmə çəkişməsinə çıxdı 

Ədəbiyyat və kino aləmində böyük nüfuz qazanmış “Xaç atası” əsərinin müəllifi Mario Puzonun ailəsi ilə “Paramount Pictures” film studiyası arasında mirasla bağlı çəkişmə başlayıb.

Puzonun ailəsi romandakı əhvalatın əvvəli və sonunu qələmə alan yazarlara maneə törətməyə çalışan “Paramount Pictures”ə qarşı 10 milyon dollarlıq iddia qaldırıb.

1969-cu ildə roman kimi nəşr olunan “Xaç atası” filmi sahibinə milyonlarla dollar gəlir gətirib. Əsər ilk dəfə olaraq 1972-ci ildə film kimi səhnələşdirilib. 1974 və 1990-cı ildə ikinci və üçüncü dəfə yeniliklərə məruz qalan film dünya kino tarixinin əfsanələri arasında qabaqcıl yer tutur.

1999-cu ildə Puzonun ölümündən sonra ailəsi romanın başqa yazıçılar tərəfindən davam etdirilməsinə icazə versə də, “Paramount Pictures”-in 1969-cu ildə əldə etdiyi müəlliflik hüququ hələ də qüvvədədir.
Puzo ailəsinin vəkili Bertram Fields bildirib ki, Mario Puzo “Paramount Pictures”ə çox böyük pul qazandırıb: “Şirkət o dövrdə iflasın bir addımlığında idi. İndi Puzo yoxdur. “Paramount Pictures” isə Puzonun uşaqlarını haqlarından məhrum etmək istəyir. Marioya uşaqlarını qorumaq üçün söz vermişdim. “Paramount Pictures” məhkəmə davası istədi. Şirkət romanın davamının yazılmasının qarşısını almaq üçün məhkəməyə müraciət etdi”.

“Xaç atası” romanı əsasında daha iki roman yazılıb. Bunlardan biri amerikalı yazar Mark Vineqardner tərəfindən qələmə alınıb. Əsərdəki əhvalatın əvvəlini izah edən "The Family Corleone" (Corleone Ailəsi) adlı kitabın may ayında nəşr olunması gözlənilir.

Francis Ford Coppolanın rejissoru olduğu “Xaç atası - 1” filmi dörd, “Xaç atası – 2” filmi isə altı dəfə Oskar mükafatı qazanıb.

RUSLAN






16 Mart, 2012  18:42 Baxılıb: 4005 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner