İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Simsar.az Azərtac-a istinadən xəbər verir ki, sərəncamda iyirmi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,0 (altı) milyon manatı Beyləqan Rayon İcra Hakimiyyətinə ayrılması nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR