Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Jurnalistlər üçün yaşayış binasının tikintisi nə yerdədir? -FOTOLAR

Mənzillərin sahiblərinə gələn ilin sentyabr ayında paylanması planlaşdırılır

2013-cü ilin sentyabrında tikintisi yekunlaşması planlaşdırılan jurnalistlər üçün tikilən yaşayış binası planlaşdırılan vaxtda hazır olarsa, mənzillərin sahiblərinə elə həmin ayda paylanması planlaşdırılır. Bu barədə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ANS PRESS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq binanın 5 mərtəbəsi hazırdır: "Bina 16 mərtəbəli, 2 blokludur, 146 ailə üçün nəzərdə tutulan 2-3 otaqlı mənzillərdən ibarətdir. Bakının Bibiheybət qəsəbəsində tikilən binanın mənzilləri tam təmir olunmuş şəkildə jurnalistlərin istifadəsinə veriləcək”.

Mənzillərin kimlərə verilməsinə gəlincə, buna 2013-cü ildə yaradılacaq xüsusi komissiya qərar verəcək. Göstəriciləri də komissiyanın tərkibindəki mütəxəssislər seçəcək. Mənzillər həmkarlarımıza təmənnasız paylanacaq.

“Elə insan var ki, özünə bir qəzet açıb, 10 ildir qeydiyyatdan keçib, amma indiyə qədər nə iş görüb hələ də məlum deyil. Onlar da özlərini jurnalist kimi qələmə verirlər. Təbii ki, belə insanlar mənzil veriləcək jurnalistlər sırasında olmayacaq. Lakin kimlərə mənzil veriləcək, kimlər bu sırada olmayacaq, buna yaradılan komissiya qərar verəcək. Hansı göstəricilərin tələb olunacağı 2013-cü ildə bildiriləcək. Şükürlər olsun ki, binanın tikintisində hələlik heç bir problem çıxmayıb”, - deyə Vüqar Səfərli vurğuladı.

Qeyd edək ki, ötən ilin sentyabrın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun sifarişilə Bakı şəhəri Bibiheybət qəsəbəsində jurnalistlər üçün 16 mərtəbəli binanın tikintisinə başlanılıb. Binanın tikintisinin layihəçisi “Layihəçi-M.A” MMC, podratçısı isə “Potros” MMC şirkətləridir. 16 mərtəbəli tikintinin planda olan ölçüləri 18000x56000, hündürlüyü 54 metrdir. Planlaşdırmaya görə, bina gələn ilin sentyabr ayında hazır olmalıdır.

 






14 Fevral, 2012  17:35 Baxılıb: 1388 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner