Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elmar Hüseynov:Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsi kimi

Son dövrlər informasiya texnologiyalarının sürətli inkişafı öz xeyirli cəhətləri ilə yanaşı müəyyən problemlər, zərərlər də gətirib.

Göz qabağında olan mətbuat, televiziya, kino, teatr, musiqi haqqında hər yerdə tənqidi fikirlərə rast gəlmək mümkündür. Belə ki, məqalələrin zəifliyindən, televiziya verilişlərinin aşağı səviyyədə olmasından, milli kinomuzun acınacaqlı durumundan, səhnədə aktyorların qeyri-peşəkarlığından, şou-biznes əhli adlandırılan müğənnilərin açıq-saçıq geyimləri və savadsızlıqlarından, iddialı çıxışlarından çox danışılıb. Və bu haqda xeyli tənqidlər səsləndirilib. 
Bəs nə zaman özümüzü tənqid edəcəyik?
Yoxsa, qınadığımız insanlar bu xalqın nümayəndələri deyil? Onlar bizim içimizdən çıxmayıb? Əgər ANS Rəqsanənin saçyoldusunu efirə verməklə reytinq qırırsa bunun günahı kimdədir?
Deməli, bu gün gəncliyin necə yetişdirilməsinə xüsusi diqqət yetirməliyik.
İndiki gəncləri bir az da yaxından tanımaq üçün, onların 80 faizdən çoxunun üz tutduğu sosial şəbəkələr haqqında danışaq.
Müasir Azərbaycan gəncliyini indi ən çox məşğul edən sosial şəbəkələrdir. Hətta iş o yerə gəlib çatıb ki, gənclər facebook sosial şəbəkəsində səhifəsi olmayana geri qalmış insan kimi baxırlar. Onu da deyək ki, Azərbaycan gəncliyinin işi gücü sosial şəbəkələrdə tanışlıq, status yazmaq, rəy bildirmək, qrup yaratmaq, musiqi yükləyib pylaşmaq və s. işlərdir. 
İndi küçədə, metroda, marşrutlarda əlində telefon internetlə məşğul olan insanlarla tez-tez rastlaşmaq olur. Ən pisi də odur ki, metro və ya avtobusda oturacağa əyləşən gənc oğlanın (qızın) başı telefona o qədər qarışır ki, başının üstündə ayaq üstə duran yaşlı, əli əsalı qocanı belə görmür. Və yaxud da düşəcəyi yeri belə unudur...
Bu gün sosial şəbəkələr ən gözəl tanışlıq məkanıdır. Həyatda özünə dost, sevgili tapa bilməyənlər axtarışlarını burda etməyə daha çox üstünlük verirlər. Amma bu tanışlıqlar o qədər də uğurlu hesab olunmur. Fərz edin ki, sizin tanış olduğunuz şəxs dolandırıcı və fırıldaq da ola bilər. Yaxın dostlarımızdan biri danışırdaı ki, ucqar rayonlardan birində yaşayan gənc bir oğlan sosial şəbəkədə tanış olduğu qızla görüşmək üçün Bakıya gəlir. Və qarşı tərəf telefonu söndürür. Qalmağa heç bir yeri olmayan bu gəncin yerinə özünüzü qoyun...
İndi əksə insanlar sosial şəbəkədə müxtəlif qruplar yaradırlar. İqtidar, müxalifət, sevgi, gülüş, idman, və bu kimi yüzlərlə qruplar mövcuddur. Özünün də xəbərin olmadan hansısa dostun səni qrupa üzv edir. Və bir gün özünü polis bölməsində görürsən. Bəlli olur ki, xəbərin olmadan hansısa cinayətkar bir qrupun üzvüsən. Və yaxud da, hansısa dövlət işinə girmək üçün sənədlərini vermisən. İşə götürmək zamanı məlum olur ki, sən sosial şəbəkədə hansısa müxalif qrupun üzvüsən. Bundan özünün belə xəbərin olmadığına qarşındakını necə inandıracaqsan?
Biz istəsək də, istəməsək də sosial şəbəkələr artıq həyatımıza daxil olub. Və onsuz da insanların tənhalaşdığı, öz içinə çəkildiyi dünyamızda sosial şəbəkələr ünsiyyətcil, mehriban, səmimi insanlarımızı öz içinə çəkib, bir az da bizdən qoparır. Sosial şəbəkdə status yazıb, rəy gözləyən, bütün günü gözünü telefona zilləyən adam, əslində həyatda çox şey itirir. Bu ən əsası vaxtın qızıla döndüyü bu zamanda boş-boşuna vaxt itirməkdir. Halbuki bunun yerinə nəsə etmək olardı... Kitab oxumaq, yazı yazmaq, hər hansı bir işin qulpundan yapışmaq...






13 Fevral, 2012  18:24 Baxılıb: 2080 Çap

Bu bölmədə

14 Fevral, 2014
Paşa Qəlbinur: O

XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner