Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Şaxta və qar qonşu ölkələrin də həyatıni iflic edib

Gürcüstan, Rusiya və Türkiyədə anomal soyuqlar hökm sürür

Şaxtalı hava qonşu ölkələrdə də özünü göstərib. Gürcüstanda şaxta və qar dövlət məktəblərində dərslərin təxirə salınmasına səbəb olub. 

Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkinin əmrinə əsasən, bütün dövlət məktəblərində fevralın 9-dan 13-dək tədris dayandırılıb. Gürcüstan əhalisinin adət etmədiyi şaxta və güclü qar magistral yollarda nəqliyyatın hərəkətini də iflic edib. Bəzi yollar qar uçqunu təhlükəsi ilə əlaqədar bağlanıb.

Paytaxt Tiflisdə ötən gecə mənfi 4 dərəcə şaxta qeydə alınıb. Son 50 ildə ilk dəfə paytaxtdakı 'Tiflis dənizi' adlandırılan iri su anbarı donub. Şəhər sakinləri bu səhər qeyri-adi səhnə ilə qarşılaşıblar. Su anbarının şərq hissəsi o dərəcədə qalın buz qatı ilə örtülüb ki, onun üzərində gəzmək mümkündür. Gürcüstanda bu gün güclənən qarın fevralın 11-dək davam edəcəyi proqnozlaşdırılıb.

Rusiyada da şaxtalı havanın daha da sərtləşəcəyi proqnozlaşdırılır. Novorossiysk, Moskva kimi şəhərlərdə güclü külək və qar həyatı iflic edib. Krasnodar diyarında bu yerlərdə görülməmiş şaxta - mənfi 15-20 dərəcə temperatur qeydə alınıb. Novorossiysk və Qelencik şəhərlərinin on minlərlə sakini işıqsız qalıb. Bu bölgədə məktəblərdə dərslər təxirə salınıb, turistik avtobusların səfərləri məhdudlaşdırılıb. Dağıstanda anomal soyuqlar isə Xəzər dənizinin bir hissəsi donub, Mahaçkala dəniz-ticarət limanının işində çətinlik yaranıb. Gəmilər buxtaya buksirlər vasitəsilə gətirilir.

Türkiyənin əskər bölgələrində də anomal soyuqlar hökm sürür. İstanbul şəhərində bir neçə günlük fasilədən sonra yenidən çovğun baş verib. Güclü küləklə müşayət olunan qar şəhər sakinlərinə çətin anlar yaşadıb. Nəqliyyatın hərəkəti çətinləşib.

Ədirnə vilayətində mənfi 12 dərəcə şaxta müşahidə olunur. Vilayətdən keçən 3 çay donub. Qarın güclənəcəyi proqnozlaşdırılıb.

Qarsda isə dağlıq ərazilərdə qarın hündürlüyü 1 metr 60 santimetrə çatıb. Şəhərin işsiz gəncləri yağan qardan səmərəli istifadə ediblər. Onlar 50 türk lirəsi qarşılığında sakinlərin evlərinin üzərindəki qarı təmizləyirlər.






9 Fevral, 2012  00:26 Baxılıb: 928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23









sagbanner