Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Böyük Zirədə (Nargin) 3 milyardlıq "Mirvari şəhər" layihəsi - video

Layihənin rəhbəri, “AzExCo” şirkətidi

Bakı arxipelaqlarının ən böyüyündə – Böyük Zirə (Nargin) adasında turizm layihəsi hazırlanıb. Bu ada paytaxtdan 10, 5 kilometr aralıda yerləşir.

Layihəyə əsasən, ada bir neçə zonaya ayrılacaq və orada müxtəlif flora və faunaya malik parkla, qonaqların qarşılanması üçün buxta və otellər salınacaq.

Burada buxtaya gəlib-gedən gəmilərə nəzarət məqsədilə hərbi limanın da fəaliyyət göstərməsi nəzərdə tutulub. Layihənin rəhbəri, “AzExCo” şirkətinin direktoru Rasim Babakişiyev bu barədə xəbər verib.

Birinci zona digərlərindən süni kanalla ayrılacaq. Daim güclü küləklərin əsdiyi ikinci zonada isə, qala divarları İçərişəhəri xatırladan arxasında köhnə üslublu evlərdən ibarət şəhərcik yaradılacaq. Burada “Karvansara” adlı otelin də tikilməsi nəzərdə tutulur.

Qədim şəhərdəki bütün evlərin birinci mərtəbəsində restoranlar, mağaza və muzeylər yerləşəcək. Şəhərciyin mərkəzində Tolerantlıq meydanı salınacaq və burada məscid, kilsə və sinaqoq yanaşı fəaliyyət göstərəcək.

Birinci dünya müharibəsi illərində adada əsir saxlanılan 10 min türk əsgər və vətəndaşın, Stalin təqibləri zamanı bura sürgün olunan şəxslərin qalıqları da salınacaq qardaşlıq qəbristanında dəfn olunacaq.

Adada gənclər üçün zona da yaradılacaq, burada diskoteka, konsert və tamaşaların verilməsi üçün amfiteatrın da olması nəzərdə tutulur. Amma artıq səs-küy olmasın deyə bu zonanın “qədim şəhərdən” aralıda salınması planlaşdırılır.

Burada yaxt-klub, ticarət mərkəzi, poliklinika, məktəb fəaliyyət göstərəcək. Sahilin 800 metrliyində isə, çimərlik yaradılacaq.

Memarın sözlərinə görə, adada böyük dövlət tədbirlərinin, sammitlərin də keçirilməsi nəzərdə tutulub. Bunun üçün müvafiq şərait yaradılacaq.

Layihənin reallaşması 3 milyard manata başa gələcək. İdeya artıq əcənbi iş adamlarında da maraq doğurub, amma layihəni realizə etmək üçün ilk növbədə onun dövlət rəhbərliyi tərəfindən təsdiqlənməsi vacibdir.






13 Yanvar, 2012  18:41 Baxılıb: 2932 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner