Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yeni Yasamalda yeni yaşayış binasında yanğın baş verib

Hadisə nəticəsində xəsarət alan olmasa da qatı tüstü olduğundan sakinlər mənzillərində çətin anlar yaşayıblar

Yasamal rayonu Yeni Yasamal 6 ynvanında yeni tikinlmiş hündürmərtəbəli binada yanğın baş verib. Yanğın binanın elektrik xətlərinin keçdiyi zirzəmidə qeydə alınıb. Qeyd edək ki, hadisə zamanı ancaq elektrik xətləri yandığından fərdi mənzillərə alov keçməyib. Buna baxmayaraq binanın dəhlizində qatı tüstü olduğundan sakinlər mənzillərində çətin anlar yaşayıblar. Hətta bəzi sakinlər tüstüdən boğulmamaq üçün mənzillərinin balkonlarına çıxmaq məcburiyyətində qalıblar.

Hadisədən sonra əraziyə Fövqəlada Hallar Nazirliyinin yanğınsöndürmə və təcili tibbi yardım bridaları cəlb edilib. Köməksiz vəziyyətdə qalan sakinlər binadan çıxarılıb və onlara tibbi yardım göstərilib. Bina sakinləri mənzillərinə qaz verilmədiyini və evlərini elektrik enerjisinin hesabına isitdiklərini bildirirlər.

Özünü tikinti şirkətinin nümayəndəsi kimi təqdim edən Elməddin adlı şəxs isə binada yanğının elektrik xətlərin yksələnməsi səbəbindən yarandığını bildirdi.

Qeyd edək ki, artıq faktla bağlı FHN-nin əməkdaşları tərəfindən araşdırma başlanlıb. Yanğının dəqiq səbəbləri nazirliyin mütəxəssislərinin verəcəyi rəydən sonra məlum oldacaq.






26 Dekabr, 2011  14:27 Baxılıb: 3759 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner