Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İSMİN HALLARINI ARDICILLIQLA SAYA BİLƏRSİZ?

Dilimizdə 11 nitq hissəsi var ki, onlardan 6-sı əsas, 5-i isə köməkçidir. Əsas nitq hissəsi olan ismin özünəməxsus xüsusiyyətləri var.

Bu xüsusiyyətlərdən biri ismin hallanmasıdır. İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni müəyyən qrammatik şəkilçilər qəbul edir.
Bu dəyişmə cümlədə sözlərin əlaqəsini təmin edir. İsmin belə dəyişməsinə onun hallanması deyilir. Azərbaycan dilində ismin altı halı var. Hər bir hal özünəməxsus sualları və xüsusiyyətləri ilə seçilir.
İsmin hallarını, şəkilçilərini, suallarını ardıcıllıqla göstərən cədvəl:

İsmin halları İsmin hallarının şəkilçiləri İsmin hallarının sualları
Adlıq hal Kim? Nə? Hara?
Yiyəlik hal -ın, -in, -un, -ün Kimin? Nəyin? Haranın?
Yönlük hal -a, -ə Kimə? Nəyə? Haraya?
Təsirlik hal -ı, -i, -u, -ü, Kimi? Nəyi? Haranı?
Yerlik hal -da, -də Kimdə? Nədə? Harada?
Çıxışlıq hal -dan, -dən, Kimdən? Nədən? Haradan?

Görəsən tanınmışlar ismin hallarını tanıyırlarmı?

Aparıcı Azər Şirin: Adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq.

Jurnalist Yeganə Rzaxanova: Adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq.

Bəstəkar Nailə Mirməmmədli(əməkdar artist): Adlıq , yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq.

Əməkdar artist Pərviz Məmmədrzayev : Adliq , yiyəlik, tamamlıq, zərflik... İndi adım da yadımdan çıxıb... (bir neçə dəqqiqə keçmədi ki, zəng vuraraq sulımıza düzgün cavab verdi).

Xanəndə Babək Niftəliyev: İndi yuxuluyam heç birini də saya bilmərəm.

Xalq artisti Mübariz Tağıyev: Məşqdəyəm fikrim başqa yerdədi.

Xalq artisti Flora Kərimova: Adlıq , yiyəlik , yönlük, təsirlik, yerlik, çıxışlıq.

Əməkdar artist Səidə Quliyeva: Adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq. Mənə nə verəcəksiniz ? Mən savadlı aktrisayam.

Müğənni Nurlan Əzizbəyli: Adlıq, yiyəlik , yönlük , təsirlik , yerlik , çıxışlıq.

Produsser Anar Mədətov: Adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq. Siz mənim savadımı yoxlayırsınız ?






22 Dekabr, 2011  18:33 Baxılıb: 47355 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner